525.Az

Qazaxıstanlı iş adamını qətlə yetirən azərbaycanlı Ermənistana qaçıb

[16.04.14]
Qazaxıstanlı iş adamını qətlə yetirən azərbaycanlı Ermənistana qaçıb<b style="color:red"></b>

Ermənistan Moskvada qazaxıstanlı iş adamını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı killeri Rusiyaya təhvil verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Baltinfo” informasiya agentliyi məlumat yayıb.
 
İş adamını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlının 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. Sifarişli qətl törədən azərbaycanlı aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub.
 
Azərbaycanlı killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib.
 
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.