525.Az

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri ABŞ-da keçiriləcək

[16.04.14]
İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri ABŞ-da keçiriləcək<b style="color:red"></b> İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri ABŞ-da keçiriləcək.
 
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün mayın 5-9-da Nyu-Yorkda olacaq.
 
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri mayın 13-də BMT-nin Vyanadakı ofisində keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.