525.Az

Azərbaycan icmasının rəhbərinə sui-qəsd edənlərə hökm oxundu

[16.04.14]
Azərbaycan icmasının rəhbərinə sui-qəsd edənlərə hökm oxundu<b style="color:red"></b> Rusiyanın Ulyanovsk şəhərində  Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin rəhbərinə qarşı sui-qəsdlə bağlı cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ÜAK regional bölməsinin rəhbəri İslam Hüseynova qarşı sui-qəsddə günahlandırılan Azərbaycan vətəndaşı, 43 yaşlı Nahid Zahidov 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
İstintaqla müəyyən olunub ki, 2011-ci ilin payızında İslam Hüseynovu ÜAK-ın regional bölməsinin sədri vəzifəsindən uzaqlaşdırmağa cəhd edən Cəfər Dilanov onun qətlini planlaşdırıb. C. Dilanov killerlər tutaraq 1,5 milyon rubl (təxminən 45 min ABŞ dolları) qarşılığında İ. Hüseynovun qətlini sifariş verib. İlkin olaraq killerlərə 480 min rubl verilib. C. Dilanov İ. Hüseynovun mühafizəçilərlə gəzdiyini bildiyindən onun yanında olan şəxslərin də fiziki cəhətdən məhv edilməsini əmr verib.     
 
İstintaq materialında bildirilir ki, 2012-ci ilin sentyabrında Nahid Zahidov və onun qohumu 36 yaşlı Ramin Bağırov üzlərinə qara maska taxaraq ÜAK-ın Ulyanovskda yerləşən regional bölməsinin ofisinə gəliblər. Onlar üzərlərində gəzdirdikləri «ИЖ-78-7,6» və «6П42» markalı tapançalardan İ. Hüseynov və onun mühafizəçisinə atəş açıblar. İ. Hüseynov onlara hücum edənlərə müqavimət göstərib. Bundan başqa, hadisənin baş verdiyi ofisin koridorunda olan digər şəxslər də cinayətkarlara planlarının həyata keçməsinə mane olublar. Hadisə nəticəsində İ. Hüseynov yaralanıb, onun İqor adlı mühafizəçisi isə həlak olub.
 
Cinayətkarlar hadisə yerindən qaçsalar da, C. Dilanov 2012-ci ilin sentyabrında Ulyanovsk, N. Zahidov 2013-cü ilin iyulunda Moskvada yaxalanaraq  həbs olunublar, R. Bağırov isə beynəlxalq axtarışa verilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.