525.Az

Dünyanın ən sürətli yerüstü qatarı təqdim edilib - Foto

[21.07.21]
Dünyanın ən sürətli yerüstü qatarı təqdim edilib -<b style="color:red"> Foto</b>

Çin sürətli qatar texnologiyasında bir sıçrayış olan yüksək sürətli maqnetik levitasiya (MAGLEV) qatarını təqdim edib. Qatar saatda 600 kilometr sürətə çatır.

525.az xəbər verir ki, qatar Şandong əyalətinin Qingdao şəhərində  hazırlanıb. Qatarın sürücülük testləri keçən ilin iyun ayında Şanxayda başlayıb. Bu texnologiya ilə Pekin-Şanxay arasındakı məsafənin 2,5 saata enməsi gözlənilir. Hazırda iki şəhər arasında sürətli qatarla 5,5 saat, təyyarə ilə səyahət isə 3 saat davam edir.

Qeyd edək ki, Maglev texnologiyasındakı maqnitlərin köməyi ilə qatarla dəmir yolu arasında sürtünmənin qarşısı alınır və yüksək sürətlər əldə edilir.

Firuzə Əliyeva


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.