525.Az

"Növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq"

[10.06.21]
"Növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq"<b style="color:red"></b>

“Növbəti tədris ilində ənənəvi təhsil modelinə qayıtmağın tərəfdarıyıq. Artıq Azərbaycanda 1 milyona yaxın vətəndaş tam vaksinasiya prosesindən keçib. Tələbələr də bu prosesə qoşulsalar, yəni 80 faiz təhsilalan, təhsilverən vaksinasiya olunsa, ənənəvi tədrisə qayıda bilərik”.

525.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. O deyib ki, vaksinasiya prosesi bütün bölgələrdə davam edir: “Bakıda 38185 təhsil işçisindən 24 mindən çoxu vaksinasiya olunub. 4620 nəfər yoluxduğu üçün, 3400 nəfər digər səbəblərdən, yəni xəstəlik, hamiləlik, antitel olduğu üçün vaksinasiya olunmayıb, 3000-ə yaxın şəxs həkimdən arayış gətirdiyi üçün peyvənd edilməyib, cəmi 2500 nəfər imtina edib. Hamının vaksinasiya olunmasını tövsiyə edirəm”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.