525.Az

"Bir çox hallarda məktəblərdə müəllimlərin hazırlıqsız gəlməsini gördük"

[10.06.21]
"Bir çox hallarda məktəblərdə müəllimlərin hazırlıqsız gəlməsini gördük"<b style="color:red"></b>

“Direktorların işə qəbulunda rekord sayda adam iştirak edib, 2863 nəfər test mərhələsindən, 1500-dən çox namizəd digər mərhələdən də keçib”.

525.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.


O deyib ki, son həftələrdə öyrənmə prosesini ölçmək məqsədilə 24 məktəbdə monitorinq keçirilib: “Əsas məqsəd bu idi ki, uşaqların məktəblərdə nə qədər öyrəndiyini başa düşək. Keyfiyyətli saydığımız hallar var, amma bir çox hallarda məktəblərdə müəllimlərin hazırlıqsız gəlməsini, dərs prosesində çətinlik çəkdiyini də gördük. Öyrənmək istəyirik ki, müəllimin əsas ehtiyacı nədir, çünki hər gün uşaqlarla ünsiyyətdə olan müəllimlərdir, ona görə də bu, təhsilin keyfiyyətinə təsir edən məsələdir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.