525.Az

BDU-da onlayn ustad dərsi keçirilib

[04.05.21]
BDU-da onlayn ustad dərsi keçirilib<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən Konfutsi İnstitutu və Çinin Anhui Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-da onlayn ustad dərsi keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, tədbirdə Çin ədəbiyyatı, memarlığı, rəssamlığı haqqında məruzə oxuyan Anhui Universitetinin professoru Song Xiaorong Çin mədəniyyətinin çoxəsrlik ənənələrindən danışaraq, erkən orta əsrlər dövrünün Çin mədəniyyəti tarixinə, ədəbiyyat və rəngkarlığına “qızıl əsr” kimi daxil olduğundan danışıb. Xüsusən monqol sülalələrinin hakimiyyət illərində bu sahədə çox böyük irəliləyişlər əldə olunduğuna toxunub.

Sonra Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxış edərək BDU-nun müxtəlif ölkələrlə elm, təhsil sahəsində əlaqələrinin inkişaf etdiyindən söz açıb, tələbə və mübadilə proqramları, eləcə də ikili diplom layihələri barədə geniş məlumat verib.

Görüşdə universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.