525.Az

Daha 963 nəfərdə koronavirus aşkarlandı: 2091 sağalan, 17 ölən var

[04.05.21]
Daha 963 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">2091 sağalan, 17 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib, aktiv xəstə sayı 21289 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, ötən müddət ərzində isə ümumilikdə 3 279 163 test aparılıb.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.