525.Az

"Çövkən oyunu" layihəsi yekunlaşıb

[04.05.21]
"Çövkən oyunu" layihəsi yekunlaşıb<b style="color:red"></b>

"ASAN Könüllüləri" Təşkilatı və  "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə Ağcabədi rayonunda "Çövkən oyunu" layihəsinin bağlanış mərasimi keçirilib.

525.az-a verilən məlumata görə, “Qarabağ” atçılıq kompleksində baş tutan tədbirdə  Kənd təsərüffatı naziri İnam Kərimov və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak ediblər.

Layihənin əsas məqsədi atüstü milli oyunlarımızı canlandırmaqla zəngin milli-mənəvi dəyərlərimizi təbliğ  etmək, həmçinin qədim tarixə malik atçılıq ənənələrinin bərpası, inkişaf etdirilməsidir.  Eyni zamanda gənc nəslin bu sahəyə marağını artırmaq əsas hədəflərdəndir.

Layihənin əsas hissəsində “Qarabağ” atçılıq mərkəzinin atları ilə şou-proqram təşkil olunub. Bədii hissəsində "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramının musiqi qrupu və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının rəqs qrupu öz ifalarını səsləndirib.

Sonda iştirak edən könüllülər təltif olunublar.

Qeyd edək ki,  UNESCO-nun qeyri-mədəni irsin reprezentativ siyahısına daxil edilmiş Çövkən oyunu üçün Qarabağ atları ən ideal atlar hesab edilir.

Layihədə iştirak etmiş könüllülər 2 ay müddətində mütəmadi olaraq peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərə cəlb olunublar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.