525.Az

“Turan” İstedadlar Birliyi yeni layihəyə start verir

[04.05.21]
“Turan” İstedadlar Birliyi yeni layihəyə start verir <b style="color:red"></b>

“Turan” İstedadlar Birliyi respublikanın şəhər və rayonlarında yaşayıb fəaliyyət göstərən istedadlı gənclərin koordinasiyası, onların səmərəli və aktiv  fəaliyyətinə təşkilati dəstəyin verilməsi məqsədilə “İstedadlı gənclərin elektron məlumat bazasının yaradılması” sosial-mədəni layihəyə start verir.

525.az-a verilən məlumata görə, özünü hər hansı bir sahədə istedadlı hesab edən gənclərdən öz tərcümeyi-hal və fəaliyyətlərini əks etdirən foto-video materiallarını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Sənədləri, “Turan” İstedadlar Birliyi tərəfindən yaradılmış sənəd qəbulu komissiyanın baxış mərhələsindən keçib müvafiq meyarlara cavab verən və nəticədə məlumatları bazaya daxil edilən istedadlı gənclərin respublika və xaricdə tanıdılması, yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsi və genişləndirilməsi, eləcə də məşğulluq problemlərinin həlli yolunda ardıcıl tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.