525.Az

ÜST-ün “Sputnik V” vaksini bərədə qərar verəcəyi tarix açıqlanıb

[03.05.21]
ÜST-ün “Sputnik V” vaksini bərədə qərar verəcəyi tarix açıqlanıb<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı “Sputnik V” vaksininin təcili tətbiqinin tövsiyə olunan peyvəndlər sırasına daxil edilməsi üçün qiymətləndirməni iyunun sonları, iyul ayında apara bilərlər.

525.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ÜST-ün Baş direktorunun köməkçisi Mariancela Simao bildirib.

M. Simao deyib ki, ekspertlər “Sputnik V” vaksininin Rusiyada istehsal və klinik praktikasını öyrənəcək: “Bizim əlimizdə vaksin barədə tam hesabat, o cümlədən vaksinin etibarlı şəkildə istehsalı və istehsal praktikası barədə məlumatlar olan zaman bu, texniki ekspert qrupu tərəfindən qiymətləndirilə bilər. Biz bunu ən tezi iyunun sonu, yaxud iyulda gözləyirik”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.