525.Az

“Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib”

[02.05.21]
“Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib”<b style="color:red"></b>

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətirilən zaman ölkənin xarici işlər nazirinin müavini Xələf Xələfov da Heydər Əliyev Beynəlxalq Hava Limanında olub.

525.az APA-ya istinadən xəbər verir ki, Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycan gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahüridir.

Nazir müavini bildirib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan və Rusiyanın pandemiya qarşı mübarizədə müvəffəqiyyətli olacağına ümid edir:

“Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.