525.Az

"KKTC Türk Şurasına tam üzv olmağı hədəfləyir" - Müsahibə

[26.04.21]
"KKTC Türk Şurasına tam üzv olmağı hədəfləyir" - <b style="color:red">Müsahibə</b>

Bayraqdar.info qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Sayın Ersin Tatardan bir neçə sualını cavablandırmasını rica etmişdi. Sayın Cümhurbaşqanı suallarımızı cavablandıraraq yüksək nəzakət göstərdi. Buna görə Şəxslərinə təşəkkür edirik.

KKTC Cümhurbaşqanı Sayın Ersin Tatarla müsahibəni oxuculara təqdim edir, müsahibənin gerçəkləşməsində yardımlarını əsirgəməyən dəyərli görəvlilərə təşəkkürümüzü bildiririk. 

***

- Sayın Cümhurbaşqanı, bu il  martın 31-də keçirilmiş Türk Şurası dövlət başçıları Zirvəsinə canlı bağlantı ilə qatılan Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan "Güc birliyi ilə Kıbrıs türklərini haqq etdikləri duruma gətirəcəyimizə inanıram", dedi. Türk dünyasının ayrılmaz parçası olan Kıbrıs türkləriylə həmrəylik sərgilənməsinin qardaşlığın gərəyi olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan illərdir məruz qaldıqları haqsızlıqlar və embarqoların ləğvi üçün Kıbrıs türklərinə gərəkli yardımın əsirgənməyəcəyinə inancının tam olduğunu söylədi. Yaxın dönəmlərdə Türk Şurasında KKTC-nin yeri necə ola bilər?

- Türk Şurasına ilk olaraq müşahidəçi, irəlidə isə tam üzv olmağı hədəfləyirik. KKTC Xarici İşlər naziri, hörmətli Tahsin Ertuğruloğlu və Türkiyə Cümhuriyyəti Xarici İşlər naziri hörmətli Mövlüd Çavuşoğlu bunu mümkün etmək üçün çalışırlar. Yaxın vaxtda gözəl xəbərlər almağı umuram. KKTC-nin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı türk qardaşlarımızla ikili əlaqələri inkişaf etdirməsi və dərinləşdirməsi önəmlidir. Bu, kıbrıslı türklərin 1964-cü ildən bəri haqsız bir şəkildə məruz qaldığı uluslararası təcridin ləğvi üçün bir başlanğıc olacaq. Türk Şurası bu baxımdan çox önəmli bir vasitədir.

- Sayın Rəcəb Tayyib Ərdoğanın bu fikirləri KKTC üçün yaxın gələcəkdə yol xəritəsi kimi də dəyərləndirilə bilərmi?

- Sayın Ərdoğanın məruz qaldığımız embarqoların təsirinin zəiflədilməsi üçün Türk Şurasına bizimlə mədəniyyət, təhsil, elm və idman kimi fəaliyyətlərə qatılmaları mövzusunda söylədiklərinə qatılıram. Həm türk qardaşlarımızla, həm də digər ölkələrlə bu tərz fəaliyyətlərdə olmaq yol xəritəmizdə var. Ayrıca ticarət əlaqələrimizi də inkişaf etdirmək istəyirik.

- Cenevrədə 27-29 aprel tarixləri arasında keçiriləcək qeyri-rəsmi 5+BM konfransına Kıbrıs türkləri hansı təkliflərlə gedir? Adanın gələcəyini necə görürsünüz: konfederasiya quruluşu, yaxud iki bağımsız xalqın ayrı dövləti?

- Adadakı gerçəklərə əsaslanaraq iki dövlətli çözümün qəbul görməsini müdafiə edirik. 1963-cü ildəki ixtilafdan bəri kıbrıslı türklər və rumlar zatən bir-birilərindən ayrı şəkildə öz müstəqilliklərini sürdürməkdədir. Öz dövlət qurumları, məclisləri və demokratiyaları var. Cenevrəyə bu yeni yanaşmayla gedəcəyik. İllərdir uğursuzluqla sonuclanan müzakirələr də buna ehtiyac olduğunu göstərir.

- Hazırda Azərbaycanla KKTC arasındakı əlaqələri necə dəyərləndirirsiniz? Bu ilişkilərin daha da dərinləşdirilməsi üçün hansı addımlar atılmalıdır?

- Hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Ən yaxın zamandakı örnəyi işğal altındakı torpaqlarını azad etmək üçün verdikləri mücadiləyə olan dəstəyimizdir. KKTC, Azərbaycan və Türkiyəni "Üç dövlət - bir millət" olaraq görürük.

Aramızda rəsmi bir tanınma olmasa belə, iki qardaş ölkə arasındakı isti və hər gün inkişaf edən əlaqələrdən çox xoşbəxtik. Turizmdən qida ticarətinə, ali təhsilə qədər bir çox sahədə zatən önəmli işbirliklərimiz var və bunları inkişaf etdirməyimiz gərəkdir.

Qardaş Azərbaycanın “ImAir” Hava Yollarının 2005-ci ildə Bakıdan Ercan Hava Limanına birbaşa uçuşla Kuzey Kıbrıs Türk Cümhuriyyətinə tətbiq edilən haqsız embarqoları dəlməyə çalışdığını da unutmuruq. Bundan başqa, Bakının ən diqqət çəkən tikintilərindən olan Heydər Əliyev Mərkəzi Zaha Hadid ilə bərabər, bir kıbrıslı türk memar olan Saffet Kaya Bekiroğlu tərəfindən planlanmışdı. Türkiyə və Azərbaycan arasında yaxın zamanda yapılan ticarət anlaşmaları və viza sərbəstliyi gələcəkdə Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Azərbaycan arasında da bənzər gəlişmələrin ola biləcəyinə işarə edir. KKTC Cümhurbaşqanı olaraq kıbrıslı türklər və qardaş azərbaycanlılar arasında mədəni, ticari və siyasi olaraq çox daha yaxın bir ilişki qura bilmək üçün əlimdən nə gəlirsə, edəcəyəm.

Bayraqdar.info


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.