525.Az

“Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir”

[22.04.21]
“Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir” <b style="color:red"></b>

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə inkişaf, quruculuq siyasəti uğurla davam edir. Cənab Prezident Hacıqabula səfəri zamanı xalqımıza, işğaldan azad olunmuş torpaqlarımızda  hazırda görülən və görüləcək işlər barədə yenə də sevindirici məlumatlar verdi”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda azad olunmuş torpaqlarımızda işlərin daha sürətlə aparılmasına ən böyük əngəl ərazilərin ermənilən tərəfindən minalanmasıdır. Ermənistan tərəfi hələ də minalanmış ərazilərin xəritələrini vermək istəmir. Bu isə hərbi cinayətdir. Müharibə başa çatandan sonra minalanmış ərazilərin xəritələri verilmədiyi üçün Azərbaycan tərəfdən 100-dən çox mülki şəxs  yaralanıb və həlak olub. Biz bütün platformalarda cənab Prezidentin bu mövqeyini səsləndiririk, dövlətimizin səsini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Beynəlxalq təşkilatlar da bu məsələyə münasibət bildirməli, Ermənistana təzyiqlər göstərməlidirlər.

Millət vəkilinin sözlərinə görə, hazırda həmin ərazilərdə Ermənisanın vurduğu ziyan hesablanır, prosesə beynəlxalq ekspertlər də cəlb olunub. Ermənilər törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər.
Qarabağda quruculuq-bərpa işlərinə gəlincə, deputat qeyd edib ki, bütün işlər planlı şəkildə davam edir:

“Hazırda  işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələri icra olunur. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər sürətlə gedir. Avtomobil yollarının tikintisinə paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da inşa olunmaqdadır. Bu yolun sonda məhz Zəngəzur dəhlizinə qovuşmağı onun strateji əhəmiyyətini xüsusilə artırır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir . Ümumiyyətlə, bərpa olunacaq ərazi çox böyükdür. Vətəndaşlarımız bilməlidir ki, burada uzunmüddətli işlər aparılacaq,  hər şey mərhələli şəkildə həyata keçiriləcək. Zəngilanda ilk pilot layihə olaraq bir neçə kənddə “ağıllı kənd” layihəsi həyata keçiriləcək. Bu, Azərbaycanda ilk lahiyə kimi bir nümunə olacaq. Nəzərdə tutulan bütün işlər insanların yüksək həyat şəraitinin yaradılmasına xidmət edir. İllərdir həsrətlə gözləyən vətəndaşlarımız, keçmiş məcburi köçkünlərimiz əminəm ki, doğma yurdlarına qayıtdıqdan sonra çox gözəl günlər keçirəcəklər”.

Fatma Yıldırım diqqətə çatdırıb ki, Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqına cərəyan edən proseslər, baş verən hadisələr barədə ən doğru açıqlamaları verib, ən dəqiq məlumatları təqdim edib: 

“Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı mövqe də bunu təsdiqləyir. Azərbaycan tərəfdaş olduğu bütün ölkələrlə münasibətlərdə səmimidir. Bu baxımdan, bizim də strateji tərəfdaşlarımız qarşılıqlı münasibətlərdə səmimi olmalıdır. Bütün hallarda Azərbaycan dövləti üçün ən ümdə məsələ milli maraqlarımızın qorunmasıdır və bu istiqamətdə prinsipial mövqe davam etdiriləcək”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.