525.Az

Daha 4 partiya maliyyə hesabatını MSK-ya təqdim edib

[20.04.21]
Daha 4 partiya maliyyə hesabatını MSK-ya təqdim edib<b style="color:red"></b>

Azərbaycanda daha 4 partiya tərəfindən maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

525.az-ın məlumatına görə, Azərbaycan Demokrat Partiyası, Müasir Musavat Partiyası, Respublikaçı Alternativ (REAL) Partiyası və Milli Həmrəylik Partiyası (MHP) maliyyə hesabatını MSK-ya təqdim edib.

Bununla da MSK-ya hesabat təqdim edən siyasi partiyaların sayı 45-ə çatıb.Qeyd edək ki, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.