525.Az

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktik seminar keçirilib

[20.04.21]
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktik seminar keçirilib<b style="color:red"></b>

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün Bakı Dövlət Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının “Təşəbbüs" qrupu tərəfindən elmi-praktik seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildiriblər ki, seminarın əsas məqsədi dinləyicilərin hərbi psixologiya sahəsində ixtisas hazırlığının təkmilləşdirilməsi, psixoloji işə dair yeni üsul və vasitələrin düzgün tətbiqi qaydalarının aşılanması, həmçinin onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.

Seminar zamanı müxtəlif mövzularda müzakirələr təşkil edilib, hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi və hərbi kollektivlərdə sosial-psixoloji, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi mövzularında mühazirələr oxunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.