525.Az

Tokio Olimpiadasının Osaka məşəl turu ləğv edildi

[08.04.21]
Tokio Olimpiadasının Osaka məşəl turu ləğv edildi <b style="color:red"></b>

Tokio Olimpiadasının məşəl turunun Osaka mərhələsi ləğv edilib.

525.az xəbər verir ki, Osaka qubernatoru Yoşimura Hirofumi mətbuat konfransında koronavirus epidemiya səbəbilə 13-14 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan məşəl turu ləğv edilib. Şəhərdə gündəlik yoluxma hallarının artdığını xatırladan Yoşimura, tədbirlər çərçivəsində Osaka sakinlərinə ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını söyləyib.

Tokio Olimpiadaları Təşkilat Komitəsindən Muto Toşiro bildirib ki, riskləri azaltmaq üçün formatın dəyişdirilməsi qaçılmazdır. O, həmçinin verilən qərara hörmət etdiklərini qeyd edib. Ölkə səviyyəsində mart ayının sonunda şimal-şərqdəki Fukusimada başlayan məşəl turunun 47 əyaləti gəzdikdən sonra 23 iyulda Tokioya çatması planlaşdırılır.

Qeyd edək ki,  2020-ci ildə keçirilməsi planlaşdırılan və epidemiya səbəbi ilə təxirə salınan 2020 Tokio Olimpiya Oyunlarının 23 iyul-8 avqust 2021-ci il tarixlərində keçirilməsinə qərar verilib.

Firuzə Əliyeva


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.