525.Az

Azərbaycanlı gənc 7 məşhur universitetdən qəbul aldı

[08.04.21]
Azərbaycanlı gənc 7 məşhur universitetdən qəbul aldı<b style="color:red"></b> Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova Amerika və Kanadada qeydiyyatdan keçdiyi və qəbul cavabı aldığı universitetlərin siyahısını paylaşıb.

525.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Amerika universitetlərindən qeydiyyatdan keçdiyim son universitetin - Stanford Universitetinin - nəticəsi açıqlandığı üçün artıq qəbul aldığım universitetlərin siyahısını paylaşaraq sizinlə öz sevincimi bölüşmək istəyirəm.

1. STANFORD Universiteti

2. PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam.

3. DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) aldım.

4. BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)

5. AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum.

6. TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences)

7. TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)Azərbaycanlı gənc eyni vaxtda dünyanın 7 məşhur universitetindən qəbul aldı

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.