525.Az

Baş Prokuror itkin hərbçilərin valideynlərinin yanına getdi

[08.04.21]
Baş Prokuror itkin hərbçilərin valideynlərinin yanına getdi<b style="color:red"></b>

Bu gün Vətən müharibəsində itkin düşmüş bir neçə hərbçinin valideyni Prezident Aparatının qarşısına toplaşıb.

525.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, valideynlər övladlarından 7 aydır xəbər ala bilmədiklərini qeyd ediblər. 

Hazırda baş prokuror Kamran Əliyev də valideynlərin toplaşdığı yerə gəlib. O, valideynləri dinləmək üçün qəbula aparacağını vurğulayıb.

K. Əliyev bildirib ki, bütün dövlət qurumları Prezidentin tapşırığı ilə bu işlə məşğuldur:

"Biz işləyirik, nəticələri də görünür.  Mən sizə hansı işlər görüldüyünü deyəcəyəm. Onlar hamısı bizim balalarımızdır. Bu, hamımızın ağrılı yerimizdir. Xahiş edirəm ki, gəlin, qəbula gedək".

Qeyd edək ki, K.Əliyev bundan öncə də bir dəfə Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvləri ilə görüşüb


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.