525.Az

“Azəriqaz”ın əməkdaşlarının vaksinasiyasına başlanılıb

[07.04.21]
“Azəriqaz”ın əməkdaşlarının vaksinasiyasına başlanılıb<b style="color:red"></b>

Aprelin 7-də “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

“Azəriqaz”dan 525.az-a bildirilib ki, birliyin əməkdaşlarının işdən ayrılmadan daha rahat şəkildə peyvəndlənməyə cəlb edilməsi üçün hər cür şərait yaradılıb. Yaxın 4-5 gün ərzində “Azəriqaz” İB-nin yaşı 40-dan yuxarı olan 1045 əməkdaşına peyvənd vurulacaq. Gündəlik 200-dən artıq işçinin bu prosesə qatılacağı gözlənilir.

Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir. “Azəriqaz” İB-nin qəza xidməti, müştəri xidməti və digər bir neçə sahə üzrə işçiləri abonentlərlə ayrı-ayrı vaxtlarda ünsiyyətdə olur. Onlar risk qrupuna aid edilir. Bu baxımdan, birlik öz işçilərinin COVID-19 əleyhinə vaksinasiyasının aktiv şəkildə aparılmasında maraqlıdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.