525.Az

Partiya sədrlərinin vaksinasiyasına başlanılıb

[23.02.21]
Partiya sədrlərinin vaksinasiyasına başlanılıb<b style="color:red"></b>

Azərbaycanda siyasi partiya sədrlərinin COVİD-19 əleyhinə vaksinasiyası başlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, peyvəndləmə Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır. Bunun üçün xəstəxana lazımi tibbi avadanlıqlarla təmin edilib.

İki gün ərzində həyata keçiriləcək prosesin ilk günündə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Müstəqil Xalq Partiyasının sədri Əfran İbrahimov, Milli Vəhdət Partiyasınn sədri Yunus Oğuz virus əleyhinə peyvənd olunublar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.