525.Az

Deputat Kərki və Günnüt kəndlərinin Sədərəyə birləşdirilməsini təklif edir

[23.02.21]
Deputat Kərki və Günnüt kəndlərinin Sədərəyə birləşdirilməsini təklif edir<b style="color:red"></b>

“İdarəçilik baxımdan Şərur və Sədərək rayonlarında edilən bu dəyişiklik məqsədə müvafiqdir. Bu addımın atılması faydalı olacaq”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat İsa Həbibbəyli deyib.

Deputat bildirib ki, Dəmirçi kəndinin əhalisi öz işlərini daha asan və rahat həyata keçirə biləcək:

“Sədərək və Dəmirçi çox yaxındır. Gələcəkdə düşmən əhalisinin yerləşdiyi, indi anklav vəziyyətdə olan Kərki kəndi və 2018-ci ildə azad edilən Günnüt kəndi də Sədərəyə yaxın yerləşir. Gələcəkdə bu məsələyə baxmaqla Sədərəyi mühüm strateji əhəmiyyətə malik olan rayona çevirmək olar”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.