525.Az

“Tələbələrin 100-dən 56-sı dövlət hesabına təhsil alır”

[22.01.21]
“Tələbələrin 100-dən 56-sı dövlət hesabına təhsil alır”<b style="color:red"></b>

“Ali məktəblərdə təhsil haqları da əsas məsələlərdən biridir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda təxminən 182 min tələbə var, təxmini 167 mini bakalavr, 15 mini magistr təhsili alır. Onlardan 65 min 100 nəfəri dövlət sifarişi ilə təhsil alır. Dövlət hesabına təhsil alan sosial həssas təbəqəyə aid tələbə 11 500 nəfərdir.

“Tələbələrin 100-dən 56-sı dövlət hesabına təhsil alır. Son illərdə dövlət sifarişli yerlərlə bağlı müsbət dinamika var, 92 faiz daha çox. Hazırda 22682 nəfər dövlət sifarişi ilə oxuyur. 1-ci kurslarda 60%-dən artıq tələbənin təhsil haqqını dövlət ödəyir. Bəzi hallarda təhsil haqlarının ləğvi və ya tam dövlət tərəfindən ödənməsi barədə fikirlər səslənir. Dövlət iki halda - bir bacarıqlara görə, daha yüksək bal toplayan, bir də sosial ehtiyac meyarına görə təhsil haqqını ödəyir. Bu gün universitetlər daha yaxşı olmağa çalışır ki, daha çox dövlət sifarişli tələbə gəlsin. Təhsil haqlarının məbləğinə gəlincə,  ilə bu, Azərbaycanda vergi güzəştlərinə görə aşağıdır. Universitetlərdə orta hesabla təhsil haqqı 2500 manatdır, bəzilərində hətta 2000-dən aşağıdır”, - nazir bildirib.

“Təhsil haqqı problemi var, bunu inkar etmək olmaz”.

Onun sözlərinə görə, bu, ali təhsil müəssisələri ilə ümumi uzlaşma qaydasında fərdi formada həll olunmalıdır:

“Həmçinin təhsil kreditləri ilə bağlı hökumət və parlament arasında anlaşmaya dair planlar var. Bununla əlaqədar 80 milyon manat nəzərdə tutulub. Kreditlərin 2 istiqamətdə olması nəzərdə tutulur”.

“Maska, sosial məsafə tələbinə əməl etməklə yanaşı, 50 yaşdan yuxarı müəllimlərin vaksinasiyası yaxşı olar”.

O deyib ki, vaksinasiya olunacaq müəllimlərin sayı müəyyənləşib:
 
“Bakı, Sumqayıt, Abşeronda 16698 nəfər, bölgələrdə 32654 nəfər müəllim 59 yaşdan yuxarıdır, onların vaksinasiya olmasını tövsiyə edirik. Özəl təhsil müəssisələri də Təhsil Nazirliyinin qəbul etdiyi qərarlara əmək etməlidir. Məktəblərdən açılandan sonra hər gün yoluxan şagird və müəllimlərin sayı ictimaiyyətə açıqlanacaq. Yoluxmaların əksəriyyəti evlərdə olur. Birinci mərhələdə şagirdlər arasında kütləvi yoluxma olmayıb, müəllimlər arasında 2 dəfə olmuşdu. Yuxarı sinif şagirdlərinin də fevralın 1-dən məktəbə qayıtmamasının əsas səbəbi də budur. Ona görə növbəti həftələrdə əyani tədrisin bərpası gözlənilir, amma hansı ardıcıllıqla olması pandemiya şərtlərindən asılıdır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.