525.Az

Əyani tədris niyə həftədə 3 dəfə bərpa olunacaq?

[22.01.21]
Əyani tədris niyə həftədə 3 dəfə bərpa olunacaq? <b style="color:red"></b>

“Əyani tədrisin həftədə 3 dəfə olması zərurətdən irəli gəlir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ÜST-ün tələbi sosial məsafənin 1,5 metr olmasıdır:
 
“Siniflərin, məktəblərin, müəllimlərin sayı baxımından siniflər bölünürsə, həftədə  5 dəfə mümkün olmur. Məktəblərin çoxu 2 növbəlidir. Əsas məsələ sıxlığı idarə etməkdir. Bütün məktəblərdə sıxlıq əmsalları eyni deyil. 85600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20 nəfərə yaxın, 20 minində 20-25 nəfər arasındadır. Təxminən 80 faiz şagirdimiz 25 və daha az şagirdlə sinifdə oturur. 311 sinifdə, yəni siniflərin 0,9 faizində sinifdə 40-dan çox şagird olur”.

Distant təhsil bu gün seçimimiz yox, daha çox verilmiş vəziyyətdə ən yaxşı həll yoludur. Təhsil Nazirliyi olaraq çətinliyə cavabımız teledərslər, virtual dərslərdir”.

Nazir deyib ki, elektron dərsliklərdən istifadə sayı ötən illə müqayisədə 2 dəfə artıb, yəni şagirdlər 4 milyon dəfədən artıq bu dərsliklərə müraciət ediblər:
 
“Təhsilin keyfiyyətinə gəldikdə isə problem və mənfi zədə sosial baxımdan daha aşağı təbəqələrə dəyir, yəni ucqar kəndlərdə yaşayan şagirdlər, tələbələr daha az dəstək görmüş olur. Təhsilin keyfiyyəti vəziyyətin davam etməsi fonunda müsbət olub desək, düz olmaz, amma yenə də bilik və bacarıqları qiymətləndirmədən sonra biləcəyik. Yaranan boşluqları necə doldura biləcəyimizi görəcəyik. Ən çox mənfi təsir ibtidai sinif və daha aşağı yaş təbəqələrinin sosial emosional vəziyyətlərinə olub. Eyni zamanda bunun aradan qaldırılması üçün daha dəqiq ölçmələrdən sonra dəqiq vəziyyətini biləcəyik. Müəllimlərin emosional vəziyyəti də çox önəmlidir. Müəllimlər ayrı otaqlarda dərs deyirdi, amma bu gün Təhsil Nazirliyi, valideyn daha yaxşı görür, ona görə də emosional baxımdan o qədər də rahat vəziyyət deyil. Güman edirik ki, bu dövr ərzində şagirdlərdə müstəqil öyrənmə bacarığında müəyyən irəliləyiş, müsbət dinamika olub. İKT bacarığı da hamı üçün irəliyə atılan addımdır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.