525.Az

Mərkəzi Qan Bankı vətəndaşlara çağırış etdi

[14.01.21]
Mərkəzi Qan Bankı vətəndaşlara çağırış etdi<b style="color:red"></b>

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

Bankdan 525.az-a verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.

Bankın vətəndaşlara müraciətində deyilir: “Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”.

Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.