525.Az

Türkiyədə COVID-19-dan son sutkada 173 nəfər öldü

[13.01.21]
Türkiyədə COVID-19-dan son sutkada 173 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 173 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 554 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 463, ağır xəstələr isə 2 652 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 355 839 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 227 927 nəfər sağalıb, 23 325 nəfər isə ölüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.