525.Az

Azərbaycan, Pakistan və Türkiyə XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək

[13.01.21]
Azərbaycan, Pakistan və Türkiyə XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin növbəti Üçtərəfli görüşü Türkiyədə keçiriləcək.

525.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin İkinci Üçtərəfli görüşünün İslamabad bəyannaməsində əksini tapıb.

Sənədə əsasən nazirlər Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına, eyni zamanda, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.