525.Az

Multikulturalizm Mərkəzi dini və milli icma rəhbərlərini mükafatlandırdı

[12.01.21]
Multikulturalizm Mərkəzi dini və milli icma rəhbərlərini mükafatlandırdı<b style="color:red"></b> Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. 30 ilə yaxın zaman ərzində erməni işğlçılarıın tapdağı altında qalan və bu müddətdə viran edilən əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Qələbə zəfərinin qazanılmasında əsas amil Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi altında yüksək peşəkarlığa malik, şücaətli və cəsarətli Azərbaycan Ordusu və xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik başlıca rol oynadı, müharibənin taleyini həll etdi.

Azərbaycanın dövlət siyasətində milli və dini icma münasibətlərinin Azərbaycan modeli, zamanın tələbinə uyğun hazırlanıb və bir çox ölkələrdə nümunəvi model kimi qəbul edilən bir səviyyəyə gətirilib. Müasir Azərbaycan milli və dini dəyərlərə dərin hörmətlə yanaşıldığı, dini abidələrin, o cümlədən məscidlər, xristian və yəhudi dini məbədlərinin dövlət səviyyəsində qayğı və himayə ilə əhatə olunduğu nümunəvi bir ölkədir. Azərbaycan bu gün də müxtəlif mədəniyyətlər arasındakı mənəvi körpü kimi tarixi rolunu ləyaqətlə davam etdirir. Bu münasibətlərinin yüksək səviyyədə olması bütün uğurlarımıza töhfə verən məqamlardan biridir.
525.az xəbər verir ki, Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan xalqların birlik və bərabərliyinin, torpaqlarımızın işğaldan azad olunması uğrunda birgə mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında milli və dini icmalar da xüsusi fəallıq nümayiş etdiriblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu münasibətlə ölkəmizdəkı bir qurup dini və milli icmaların rəhbərlərini xüsusu təşəkkürnamə ilə mükafatlandırıb.



Pandemiya şəraitinin tələblərinə uyğun olaraq, BBMM-in icraçı direktoru Rəvan Həsənov təltif edilən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Azərbaycan-Rus icmasının sədri Mixael Zabelin, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Talış icmasının ağsaqqalı İmamverdi Həmidov,  Azərbaycan Kürd icmasının ağsaqqalı Əhməd Apıyev, "Azərbaycan-Avar" İctimai Birliyinin sədri Məhəmməd Nooyev, "Azəri-Tat" İctimai Birliyinin sədri Elman Əhmədov, "Samur-Ləzgi Mədəniyyət Mərkəzi"nin sədri İmran Rzayev, Axıska Türkləri "Vətən" İctimai Birliyinin sədri İsmayıl Rəhimov, Azərbaycan Buduq İcmasının sədri Rafiq Abdullayev, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyi Maria Pavlovna Hüseynova və "Azərbaycan-Ukrayna Konqresi" İctimai Birliyinin sədri Yuriy Osadçenko ilə ayrı-ayrı görüşüb, onlara mükafatları təqdim edib.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.