525.Az

YTP əməkdaşları “Təşəkkürnamə” ilə təltif ediliblər

[12.01.21]
YTP əməkdaşları “Təşəkkürnamə” ilə təltif ediliblər<b style="color:red"></b> Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Azərbaycan Ordusu ölkəmizin haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

525.az xəbər verir ki, bu qəhrəmanlar arasında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları da var.



Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş  YT Parkın şəbəkə adminstratoru Qurbanəli Azayev və Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsinin aparatçısı  Razi Nuriyev texnopark tərəfindən “Təşəkkürnamə” və mükafat təltif ediliblər.



Qeyd edək ki, Q.Azayev Kəlbəcər istiqamətində, R.Nuriyev isə Qubadlıda gedən döyüşlərdə iştirak ediblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.