525.Az

Tramp tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar

[07.01.21]
Tramp tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar<b style="color:red"></b>

Trampın tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Konqresin yuxarı palatasının iclasına rəhbərlik edən senator Ceyms Lenkford bildirib.

Qeyd edib ki, Konqresin hər iki palatasında prezident seçkilərinin nəticələrini təsdiqləyən ortaq iclasın dayandırılmasından sonra Arizona ştatındakı son səsverməyə etirazlar müzakirə edilib. O əlavə edib ki, etirazçılar Konqres binasındadır, Senatın Nümayəndələr palatasında fasilə elan edilib.

MSNBC telekanalının məlumatına görə, senatorlar təhlükəsiz şəkildə binadan təxliyə edilib.

CBS isə məlumat yayıb ki, polis ABŞ Konqresinin binasındakı nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.