525.Az

II Qarabağ Müharibəsinin qazisi intihar etdi

[06.01.21]
II Qarabağ Müharibəsinin qazisi intihar etdi<b style="color:red"></b>

II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev intihar edib.

525.az-ın məlumatına görə, o müalicə aldığı hərbi hospitalda özünü asıb.

Fakt Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

Bildirilib ki, Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.