525.Az

XİN Paşinyanı təkzib etdi - Mnatsakanyan vəzifəsindən azad edildi

[16.11.20]
XİN Paşinyanı təkzib etdi - <b style="color:red">Mnatsakanyan vəzifəsindən azad edildi </b>

Ermənistan hökumətinin daxilində fikir ayrılıqları güclənməyə başlayıb.

525.az-ın Trend-ə istinadən məlumatına görə, Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərini təkzib edib.

Qeyd edək ki, N.Paşinyan Ermənistanın qarşısında Şuşa şəhərinin və Dağlıq Qarabağ ətrafında yedd rayonun Azərbaycana verilməsi, əks təqdirdə müharibənin başlayacağı barədə seçimin olduğunu demişdi.

Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə bildirib ki, heç bir variantda Ermənistanın Şuşanı verməsi təklifi mövcud olmayıb.

Eyni zamanda, erməni mətbuatında xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefa verməsi məlumatı verilib. Ermənistan baş naziri Nikol Paşinyan Zöhrab Mnatsakanyanın istefasını qəbul edib

*** 16:04

Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı vəzifəsindən azad edib.

525.az bu barədə Trend-ə istinadən xəbər verir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.