525.Az

Diqqət, danışır və göstərir Moskva!!! (R)

[16.10.12]
Diqqət, danışır və göstərir Moskva!!! <b style="color:red">(R)</b>

www.etopaz.az "sakit" günləri növbəti dəfə arxada qoydu və yenidən zəngin futbol proqramı ilə qarşınızdadır. Tam 66 qarşılaşma!!!  İngiltərə və Braziliyanın aşağı liqalarında keçiriləcək bir neçə oyunu çıxmaq şərtiylə qalan matçların hamısı milli komandaların görüşləridir. Proqramda 2014-cü il dünya çempionatına vəsiqə uğrunda Avropa, Asiya, Şimali, Mərkəzi və Cənubi Amerikada keçiriləcək oyunlar, habelə 19 və 21 yaşlı futbolçular arasında Avropa çempionatının seçmə görüşləri yer alıb. Təbii ki, Azərbaycan azarkeşini ilk növbədə maraqlandıran öz milli komandamızın oyunudur. Bu gün Moskvanın məşhur "Lujniki" arenasında qrup lideri Rusiyanın qonağı olacaq Azərbaycan yığmasını çətin sınaq gözləyir. Saat 20-də başlanacaq bu matçda Rusiya millisi şəksiz favorit sayıldığından  www.etopaz.az  bu qarşılaşma üçün əmsalları fora ilə müəyyənləşdirib. "Köhnə azarkeşlər" üçün bu qarşılaşma həm də bir nostalgiyadır. 25-30 il əvvəlki "Neftçi" - "Spartak", "Neftçi" - "Dinamo Moskva" duellərinin xiffətini çəkənlər uzun fasilədən sonra  Azərbaycan-Rusiya futbol qarşıdurmasını izləməklə xəyalən sovet dövrünə qayıda, o dövrlə indiki futbol arasında müqayisələr apara bilər. Milli komandamızla bu ağır "döyüş"də ugur arzulayaraq keçək günün digər önəmlə oyunlarına. Proqramda yer alan 66 matçdan 15-i proqnoz həvəskarlarına "tək oyun" kimi təqdim olunur. O cümlədən ölkəmizdə böyük azarkeş ordusu olan Türkiyə millisinin Macarıstanla dueli "tək oyun"lardan biridir. 4 gün əvvəl öz meydanında Rumıniyaya uduzmaqla mundiala yollanmaq şansını çətinə salan "ay-ulduzlular" vəziyyəti nisbətən düzəltmək üçün səfərdə Macarıstana qalib gəlməyə borcludur.Saat 23:30-da başlanacaq bu qarşılaşmada www.etopaz.az turkləri favorit sayır (qələbə əmsalı 2.30).

Meydan sahiblərinin qələbəsi 2.50-yə, heç-heçənin əmsalı isə 3.10-a bərabərdir. Onu da deyək ki, www.etopaz.az müştəriləri bu oyuna canlı mərc də edə bilər. Bu isə matçın həyəcanına bir qədər də rəng qatacaq. Tarixdə türklərin Osmanlı dövründə Macarıstan üzərində hərb meydanında çox önəmli qələbələri olub. Futbol müharibə olmasa da, hər halda bir mübarizə meydanıdır, hətta bəzən savaşı da xatırladır. Bu mənada görək Osmanlı övladlarının Dunay sahillərinə bu dəfəki yürüşü necə nəticələnəcək?

Günün daha bir canlı mərcə açıq olan qarşılaşması isə İspaniya-Fransa matçıdır. Gecə saat 12-də başlanacaq bu oyunda İspaniyanın qələbə əmsalı 1.30-dur. Heç-heçə 4, fransızların zəfəri isə 7.50 əmsalla dəyərləndirilir. Əgər bu əmsallar sizi qane etmirsə, matçın startını gözləməlisiniz. Dəqiqələr ötdükcə, oyunun axarına uygun olaraq əmsallar dəyişəcək, belədə siz də münasib bildiyiniz anda mərcə qoşula bilərsiniz. Unutmayın ki, indi www.etopaz.az-da yeni şərtlərlə oynayırsız. Oktyabrın 31-dək davam edəcək kampaniyanın şərtlərinə görə azı 20 manatlıq kuponu "yanan" müştəriyə həmin məbləğin 10%-i bonus şəklində geri ödənilir. İndi bizdə qazanmaq daha rahatdır!!!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.