525.Az

Oqtay Əsədov: "BP son xəbərdarlığını alıb"

[16.10.12]
Oqtay Əsədov: "BP son xəbərdarlığını alıb"<b style="color:red"></b>

“BP ilə bağlı məsələni siyasiləşdirmək olmaz".

APA-nın məlumatına görə, bu fikirləri parlamentin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O, qeyd edib ki, bəzi qüvvələr BP ilə bağlı yerində olan iradları siyasiləşdirmək istəyirlər: "Bu işin məğzindən xəbəri olmayanlar savadsız yazılar yazırlar. Cənab prezident neft hasilatının əlifbasını söylədi. Proqnozlar yerinə yetirilməlidir, bu, elementar məsələdir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Bundan şou, siyasi məsələ yaratmaq heç bir azərbaycanlıya şərəf gətirmir. BP Azərbaycanda neft hasilatı ilə bağlı öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını alıb".

Bu məsələ ilə bağlı deputatlar Zahid Oruc, Sahib Alıyev də çıxış edərək BP ilə bağlı tənqidi fikirlər səsləndiriblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.