525.Az

Bolqarıstanda "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb

[20.09.20]
Bolqarıstanda "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb<b style="color:red"></b>

Türk Dünyasının dahi şəxsiyyəti, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas alim, publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli anadan olmasının 135 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Tamaşanın rejissoru Azarbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru - Hafiz Quliyev, rəssam -Tomiana Tomova Naçevadır.

Premyeranın cari ilin mart ayında keçirilməsi nəzərdə tutulsa da, pandemiya şəraiti ilə əlaqədar təxirə salınmışdır. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.