525.Az

Milli Şuranın “zoom-konfransın”dan növbəti görüntü yayılıb - Video

[08.07.20]
Milli Şuranın “zoom-konfransın”dan növbəti görüntü yayılıb - <b style="color:red">Video</b>

Milli Şuranın keçirdiyi “zoom-konfransın”dan növbəti görüntü yayılıb.

APA-nın məlumatına görə, Rahim Hacıyevin Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi" adlandırması ironiya ilə qarşılanıb. Cəmil Həsənli, Vidadi Mirkamal və Gültəkin Hacıbəyli buna etiraz edib. Rahim Hacıyev buna cavab olaraq fikirlərində heç bir qüsur olmadığını deyib, V. Mirkamal isə belə fikirlərin insanları iyrəndirdiyini söyləyib.

Qənimət Zahid isə ironiya ilə “Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb.

Qənimət Zahid daha sonra bildirib ki, şiddət artırılmalı, Əli Kərimlinin blokadası onlar üçün qoruyucu xətt olmalıdır. O qeyd edib ki, bu şiddətin saxlanılması, təbliğatın aparılması Əli Kərimliyə, Milli Şuraya, AXCP-yə siyasi qazanc gətirir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.