525.Az

Esmira Məhiqızının şeirləri

[02.12.13]
Esmira Məhiqızının <b style="color:red">şeirləri</b>

Bu yaz da beləcə unutdu məni,

mən bir vaxt özümü unutduğum tək.

Mən bir vaxt özümə nəsə deməyə,

bir kəlmə sözümü unutduğum tək.

Alça ağacına su da vermədim,

nənəm tapşırmışdı, mənsə unutdum.

Məni qınamağın yeri deyil, ta,

nənəmdən sonraydı, nəsə unutdum.

Nənəm tapşırmışdı, quruyarlar, ha!

ağaca da su ver, gülə su ver.

Ağac da qurudu, gül qurudu,

indi dənizi gətirib, di ver....

... xeyri, qurumuş ağac göyərməz,

... xeyri, qurumuş gül soluxdu.

Nənəmdən sonraydı, mənim gözümdə,

nənəmsiz sürdüyüm gün soluxdu.

Mən çox şeyləri unutdum belə-

gördüm həyat acı, yaşamaq acı.

Unutdu yaz məni...

məni , elə

sənin ahın tutdu, alça ağacı.

lll

Nəsə bu yağışlar da,

o yağışa bənzəmir.

Payız hazırlıqları,

yır-yığışa bənzəmir.

Quşların qatarının

pəncərəsi yoxdu.

Qəfəslərin dəmirdən

çərçivəsi soyuqdu.

Alma ağacı da ki,

aldanıb, çiçəklədi.

Bu dünyanın dönməyi

deyəsən, gerçəklədi.

Bütün fəsillər, budur-

dərdə yol ağzındayıq.

Lap payız da gəlməsin-

ömrün payızındayıq.

Göy , al da, yaşıl da-

boz gəlir ey, boz gəlir.

Ayrılıqda baxta bax

payıza payız gəlir.

lll

Mən ki, deyirdim, bilim belə,

bir gün ağlayanda, bir gün gülərəm.

Ölüm hamını yola verməkdi,

hamıdan sonra da özüm ölərəm.

Hamıdan sonra da ölü kimiydim,

sən ki ölməmisən“ – dedi mələklər,

sən hələ gəzirsən” – dedi ölüm ,

nəfəsin gəlir” – dedi küləklər.

Mən belə yaşamaq istəmirdim heç,

neynirdim, dərd gələ, dəvasız gələ.

Hər gün gecəgözlü səhər açıla,

havalar üstümə havasız gələ.

Fərzalı dayı da yoxuydu, hərdən,

gəlib qapımızın otunu çala,

barının dibinin kolunu yola.

Bir quş da ulaya tut ağacında,

nənəm gözünü qıyıb baxa ki...

Fərzalı sən itkin dədənin goru,

quşa bax, bu quş da bayquş deyil ha

görən quşudur ulayır belə.

Fərzalı dayı da şaqqanaq çəkə,

Deyə, səni ölüm dalayır belə...

Nənəm əlini yelləyib gedə.

Mən quşa baxam, ulayan quşa,

Nənəmi ölümlə dalayan quşa.

Sonra nənəm öldü, çoxları öldü,

Gördüm ki, gözümü yaşlar aparır.

Adamlar köçdükcə elə bildim ki,

Onları harasa quşlar aparır.

Mən deyirdim ki, bilim belə...

O quş qarğaydı, bayquşuydu.

Tək mənə demişdi Fərzalı dayı,

hamını aparan ölüm quşuydu.

lll


Bu
küçənin yerində bəlkə başqa küçə var,

bu dənizin yeri bəlkə səhralıqdı.

Qarışqa tək qaynayır yan-yörəmdə adamlar,

Bu boyda qələbəlik, bəlkə tənhalıqdı.

istidi, soyuq, qaradı, sarı,

bəlkə mövsüm yoxdu, payız var, yaz var.

Çəkib, gözünə çəkib, bütün ayrılıqları,

Xəyalının əlindən tutub gedən bir qız var.

Mən bilmirəm, bəlkə hər şey öz yerindədir,

bilim e, bəlkə heç yerində deyil.

Günah özümüzdədir, tələsirik ölməyə,

Bəlkə biz bilmirik, günah ölümdə deyil.

Mən bilmirəm, bəlkə elə-beləymiş hər şey,

nağıllar gerçək imiş, gerçəklər nağıl imiş.

Mən bildiyim əvvəlin əvvəli yoxuymuş heç,

mən bildiyim axırın əvvəli axır imiş.

lll


Bir
gözəl gülüşün varıydı, ay Sürəyya!

hamının xoşuna gələrdi.

Qızlar sənin kimi gülmək istəyərdi,

amma heç kim sənin kimi gülə bilməzdi.

Başqaydı güləndə

dodaqlarının gedişi, gəlişi.

Belə bir cür gülərdin eykişmişi.

Dodaqlarının qaçışından tökülərdi o gülüş.

Dodaqların hara qaçardı, ay Sürəyya!

Elə qaçaqaçdaydı...

de görüm qaçdılarmı.

Gülüşlərindən qanad taxıb,

uzaqlara uçdularmı.

Ay Sürəyya, ay Sürəyya!!!

Səni bu aralar çox pərişan görürəm.

İtirdiyin , axtardığın ?

Əlini ağzının üstünə qoyub,

mənə nəyi isə başa salırsan.

İşarələrindən anlayıram ki,

dodaqlarını axtarırsan.

Gör eyy, dodaqların itib,

gülüşlərini götürüb gedib.

Dodaqlarını axtarma, ay Sürəyya!

Ölmüş gözlərindən bilinir ki,

dodaqların da ölüb.

lll


Gözlərim
bir Bakı dolu,

qucağım bir Şuşa boş.

Qaraya boyanıb bütün boşluqlar.

Çəkin Bakını gözlərimdən,

gözlərim qaralır.

qaranlığın gündüzlərində

gözlərim Bakını qara basır.

Bakı mən boyda boşluğu

qucaqlaya bilməz.

lll

Hər dəfə, hər dəfə......

əlimlə yumurdum ağzımı,

əlimlə qapayırdım səsimi-

səsimi əllərimlə boğurdum.

səsimi əllərimlə öldürdüm,

səsim əllərimdə öldü.

lll

Bir gəlməyən bahar qaldı,

bir gələn payızın arxasında.

Gülləri düyməydi- açmadı,

buludu doluydu- yağmadı,

küləyi burmaydı-əsmədi.

Amma mən islandım...

islandım payızın arxasında

gəlməyən bahara baxa-baxa.

Bir bahar dondu,

dondu gözlərim kimi.

Anama deməyin,

heç deməyin daha.

Deməyin,

o dəlicə qızın

bir gəlməyən baharda qaldığını,

bir gələn payızda olmadığını.


lll


Xoşbəxtlik
biz uşaq olanda

gələcəyin adı idi.

Kimdən soruşsaydın

böyüyəndə olacaqsan?

Xoşbəxtlikdən gözləri

parıldayardı:

Xoşbəxt!

Vəə...indi hamımız

anlayırıq ki,

xoşbəxtlik 

keçmişin adıydı.

lll

Əllərimizdə böyüdürük ayrılığı,

böyüdürük öz əlimizlə.

Sonra əlimiz vida yaylığı kimi

yellənir havada.

Sonra yaralı bir durnanın

qırıq qanadları kimi

üzümüzə qonur-

qonur üzümüzə

ayrılıq pıçıldamağa.

Elə ki, yumruğunu açırsan-

görürsən ki,

əllərində böyütdüyün ayrılıqdı

bütün sevgilər.

lll


Dodağının
qabığı kimi

soyulur gülüşlərin.

İki dodağının arası

qara lağım kimi

son nəfəsini dərir.

nəfəsini soyunub

içinin son şəkli kimi göyə atırsan.

Sonra da addımlarını soyunursan

ayaqlarından.

Soyulmuş gülüşlərində

ürəyinin şəklini

çəkdirmək istəyirsən özünlə.

Addımlarını bir uşaq

geyinib qaçır

son nəfəsinin içindən.

lll


Bu
da keçər,

keçər,

gedib gəlməyənlər kimi.

Hər şeyi bildiyim yerdə

qalaram bilməyənlər kimi.

Bir anam var,

bircə anam-

hər gün

dərdlərimdə yanan,

boyyy, mənim anam ölməsin-

ölməsin ölməyənlər kimi.

lll

Gözlərimi qonmadığı yerlərə...

ayaqlarımı getmədiyi yerlərə...

əllərimi yellənmədiyi havalara...

dodaqlarımı ən ögey pıçıltılara...

özümü asmadığım kəndirlərə

tapşırmaq istəyirəm.

Mənə yaxşı baxın,

bəlkə ruhumun yuxusuna girdim.

lll

Bəlkə unutduqlarım- unutmadıqlarımdı,

getdiyim yollar- getmədiklərimdi,

dediklərim- demədiklərimdi...

Bəlkə dodaqlarım sükutun dilində danışır

məni hamı başa düşür-

özümdən başqa.

Özümdən başqa bəlkə hamı doğmadır mənə.

Doğmadı, yalnızlığım qədər,

unutqanlığım qədər, bir kədərim qədər.

Hamını kədərim kimi sevirəm bəlkə .

Dərdim kimi çox istəyirəm-

məni sevənləri , sevməyənləri .

Amma heç kim məni kədəri kimi sevə bilmir,

dərdi kimi çox istəyə bilmir.

Bəlkə ona görə özümü unuduram

hamının içində.

Amma hamı var içimdə...

O qoca balıqçı da var hələ,

onu da unutmadım.

Unutmadım ən gözəl xatirə tək.

Hələ elə bilirəm

toruna su pərisi düşəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.