525.Az

Köhnə tanışlar: tanınmış jurnalist Şakir Yaqubov

[02.12.13]
Köhnə tanışlar: <b style="color:red">tanınmış jurnalist Şakir Yaqubov</b>

MƏN HƏYATIMI JURNALİSTİKAYA QURBAN VERDİM

 abdin[email protected]

tofigabdin.com

ONLAR DEYİBLƏR

Vaqif BƏHMƏNLİ, şair-publisist

ŞAKİR YAQUBOV NÖQTƏSİ

Şakir Yaqubovun... bütün həyatı, yəni jurnalistlik fəaliyyəti 72-ci ildənBakıya gəldiyim vaxtdan gözümün qabağındadır.

Jurnalistika deyilən bir evdə sayılan, zəhmli adamlar var Şakir müəllim hələGənclərqəzetində işlədiyi illərdən jurnalistika evinin ən sayılan, ən dəyərli adamlarından biri olub. Şəxsən mən Şakir müəllimi hər görəndə özümü yığışdırmışam, hər hansı bir yazımı yazmağa başlayanda düşünmüşəm ki, hansısa bir çiy cümlə, hansısa bir yerinə düşməyən söz ola bilər, ifadə ola bilər Şakir müəllim bunu oxuyanda mənə irad tuta bilər, mənimçün bunu qüsur saya bilər. Şakir Yaqubovun tələbkarlığı, sözə ciddi münasibəti bizim hər birimizondan sonra jurnalistikaya gələn nəsil üçün ciddi dərs olub, örnək olub, mən deyərdim ki, məktəb olub...

Onun barəsində deyilən fikirlərin hamısını birləşdirən bəlkə belə bir ifadə var ki, Şakir müəllimin diliynən qəlbi, sözüynən qəlbi birdir; yalandan kimisə tərifləsin, yalandan kiminsə üzünə gülsün, – belə bir şey onda heç vədə olmayıb, indi yoxdur... Şakir müəllim üçün həyatda hansısa bir insan ya var, ya da yoxdur. Yəni burada, qiymətləndirmə məsələsində hansısa bir münasibətləri gözləsin, nəyə görəsə hansısa bir güzəştə getsin, – belə bir şey yoxdur onda...

Arzum budur ki, Azərbaycan sənətçilərinin sırasında  başında, ortasında, ayağında, harasındasa, – təki bir Şakir Yaqubov nöqtəsi olsun. Bizim musiqimizdə , ədəbiyyatımızda da, inzibati işimizdə , siyasətimizdə hərəsində bir Şakir Yaqubovumuz olsa, ordan narahat olmağa dəyməz...

Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur. Keçdiyin ömür yolundan razısanmı?  

Tam səmimi desəm, razı deyiləm, həm bunu o vaxt deyirəm ki, heç 50 metr qaçmağa da heyim yoxdur. Niyə razı deyiləm? Pulummu yoxdur, vəzifəmmi yoxdurona görəmi? Əsla! Bizim ömrümüzün azı 20 ili bir-birimizin gözü qabağında keçib sənin , mənim işimizin adı o olub ki, günə 1 manat qazanıb onu elə həmin gün balalarımıza, ailəmizə xərcləyək. Düşünürəm ki, belədə bizim birdən-birə günə 100 manatımız da olmuş olsaydı, yenə həmin pulu bu qaydada xərcləyərdik. Mərhum bir həmkarımız varŞirvan Əliyev. Rəhmətlik Tofiq Mütəllibov deyərdi ki, Şirvan səhər evdən çıxanda cibinə bir ovuc tum (“semiçka”) tökür, gün ərzində bu əlindən o əlinə, o əlindən bu əlinə 5 min manat pul keçir, amma axşam evə yenə cibində bir ovucsemiçkailə qayıdır.

Bu vərdişdir, həyat tərzidir, həyata bir baxışdır. Ayrı cür ola bilməz!

Ömür yolumdan narazılığım özümün sadəlövhlüyüm bundan göz  görəsi istifadə edərək özlərinə karyera quran insanların nankorluğu, namərdliyi ilə bağlıdır. Sən o dövrdə İstanbulda, balalarının gələcəyi, ailənin gələcəyi xətrinə özünə yaraşmayan bir kuryer işi görməkdəykən mənhəmin vaxtadək Azərbaycanın mətbuat iyerarxiyasında bütün pillələrdə olmuş yüzfaizli peşəkar Şakir Yaqubov düz doqquz ay işsiz olaraq evimdə yatdım. Yatdım deyəndə ki, üçün müraciət eləmədiyim insan instansiya qalmadı. Hər yerdə çiyin çəkdilər, hətta qapısını açıb 1 nömrəli  əmri yazmaqla dolayısı olaraq həyat verdiyim, baş redaktorun birinci müavini olduğum  keçmişHəyat  indikiAzərbaycanqəzetindənOna dair işimiz yoxdur” – deyib, qısa müddət ərzində həmin qəzetə  bir baş redaktor müavini, bir bölgə müxbiri, iki şöbə müdiri üç müxbir işə qəbul elədilər; günlərin birində isə çooox yüksək səviyyəli bir məmurun adından köməkçisi zəng edibfilan qəzetə şərhçigetməyimi istədi. Həmin qəzetin indiki baş redaktoru sovet illərində məhz heç nəyə qabiliyyəti çatmadığına görə  mənim çantamı daşımışdı, ancaq mən buna da göz yumub əməkhaqqını soruşdum, əvvəl yekə-yekə “22 şirvandedi, “nəəəəəəəə?” – deyə zarıdığımı eşidəndə dediyinədüzəlişverdi:  iki yüz iyirmi min manat”! Onda mən siqaret çəkirdim, dedim ki, gündəlik qəzetlərə, siqaretə avtobusla gediş-gəlişə hər ay orta hesabla “30 şirvanxərcləyirəm, ona görə təklifinizi qəbul edə bilməyəcəyəm... Bax, həmin o vaxtlarımda, hətta indiki hesabla bir manatlıq qəndə ehtiyacım olan çağlarda dövlət işlərində çalışan keçmiş tələbə-şəyirdlərim   vardı ki, onların heç biri mən növbəti işə düzələnə qədər zəng eləmədilər. 2005-ci ildə ikinci dəfəƏməkdar mədəniyyət işçisiadını alanda birincilər sırasında elmimizin patriarxlarından biri akademik Asəf Nadirov zəng vurub məni  təbrik elədi, həmin Nadirov ki, 60 yaşımda da məmnuniyyətlə... iqtisadiyyat üzrə elmi rəhbərim ola   biləcəyini istisna etmirdi.

Müqayisənin məğzini tutursanmı? Budur adamı peşiman edən...

Hər halda ömür yolun yəqin ki, bütünlüklə bundan ibarət deyil...

Təbii... MƏN BÜTÜN HƏYATIMIÖNCƏ SAĞLAMLIĞIMI, AİLƏ XOŞBƏXTLİYİMİ, ATA-ANA BACI-QARDAŞ QARŞISINDAKI BORCUMU JURNALİSTİKAYA QURBAN VERDİM: HƏM BÜTÖVLÜKDƏ JURNALİSTİKAYA, HƏM ONUN HƏMİŞƏ ÜZDƏ OLAN YARAMAZ NÜMAYƏNDƏLƏRİNİ QƏZET SƏHİFƏLƏRİNDƏN ADAM GÖRKƏMİNDƏ TƏQDİM ELƏMƏYƏ. Onlar adam olub adamlar sırasına qoşuldular, dövləti vəzifə hökumət mükafatları aldılar, amma hətta güzgü önündə özlərinə hesabat verəndə bu mərtəbəyə gəlib çatdıqlarında Şakir Yaqubov adlı bir insanın da xırdaca əməyi olduğunu etiraf eləməyə kişilikləri qadınlıqları yetmədi!

2000-ci ilin 20 Yanvar axşamı Zülfüqar Rüfətoğlu BBC- canlı yayımda 90- ilin qara yanvarı barədə  veriliş aparırdı; o, həmin 90- ildə keçmişKommunist yoldaşım olmuşdu, 25 yanvar tarixliSəhərqəzetini hansı müsibətlər, məşəqqətlər  bahasına hazırlayıb çap etdirdiyimizdən xəbərdardı. Soruşdu ki, Şakir müəllim, həyatda bir belə vəziyyətlə üzləşsəniz, o vaxt elədiklərinizi bir edərdinizmi? Mən birmənalı şəkildəYox!” – dedim səbəbini bu cür göstərdim: “O vaxt o hərəkətləri edərkən sonralar neçə-neçə insanın mənim elədiklərimdən maddi-mənəvi siyasi dividend götürəcəyini güman eləmirdim”. Zülfüqar qayıtdı ki, mən sizi tanıyıram, bu sözləri boğazdan yuxarı söyləyirsiniz, siz heç nəyi düşünmədən yenə ölümə gedən insanlardansınız...

Lap bu yaxınlarda keçmiş yoldaşım olan bir qadın gözümün içinə söylədi: “İndiyədək bir neçə müdirim olub, siz yeganə müdir olubsunuz ki, qadın işçiyə qadın kimi yox, məhz işçi kimi baxmısınız. Buna görə sizinlə birgə işimizi ömrümün ən işıqlı illəri sayıram”.

Bir şey dəqiqdir: mən KİŞİ kimi yaşamışam, elə yaşamışam ki, qəzetçi naşir kimi 35 illik həyatım boyu heç kimin yanında gözükölgəli olmayım. Belə bir ömür yolunu yenə məmnuniyyətlə əvvəldən-axıracan gedərdim...

Azərbaycan publisistikasının altımışıncı illərdən sonrakı  havasında adın dostlar tərəfindən həmişə hörmətlə çəkilir, yazdığın bir çox publisistik yazılar uzun illərdir unudulmur məncə, hələ uzun illər unudulmayacaq. Bu fakt olaraq qalır şayət, sənin o illərini bir etap kimi götürsək, jurnalistika üçün ən önəmli nəyi hesab edirsən?

–“Altmışıncılarsöhbətini qurtardıq da... Bir daha 60- illərdə dəyərli publisistikanın olduğunu qəbul etmirəm şübhəsiz ki, mən orada yoxam.Sualın mahiyyət məzmununa gələndə... Mən əvvəldə dedim ki, bütün həyatımıöncə sağlamlığımı, ailə xoşbəxtliyimi, ata-ana bacı-qardaş qarşısındakı borcumu jurnalistikaya qurban verdim: həm bütövlükdə jurnalistikaya, həm onun həmişə üzdə olan yaramaz nümayəndələrini adam görkəmində qəzet səhifələrindən təqdim eləməyə. Bu fəaliyyətimdə başqa bir məqam da var  mən onu adi bir , vəzifə borcu  hesab edirəm: bəli, mən  təkcə yarıtmaz yaramazlara deyil, həm istedadlı, Sözü olan, Söz deyə bilən insanlara məmnuniyyətlə havadarlıq eləmişəm, dərc olunmalarına birbaşa yardım göstərmişəm. Məsələn, “Gənclər Əliqismət Lalayevi, Əlisəmid Kürü, İlyas Ərnəfəsi ilk dəfə mən çap eləmişəmsıravi, səlahiyyətsiz işçi olduğum halda. İndi gərək ki, elmlər doktoru olan Rahid Uluselin Rəsul Rza yaradıcılığı barədə, səhv eləmirəmsə, Masallıda kənd müəllimi işləyərkən yazdığı geniş essesinin, Xəlil Rza Ulutürkün tərcüməsində Robert Rojdestvenskininİki yüz on addımpoemasının çap olunmasına səs verən, yəni siyasi məsuliyyətini boynuna götürən üç nəfərdən biri olmuşam. Azərbaycan mətbuatındaOcaqüfunətinə yeganə mətbu cavabı  — “Ocaq siqlətiadıyla şair Məstan Günərə mən yazdırıb, çapına mən rəsmi icazə vermişəm. Görün, həmin ikipadvallıqyazıda erməni xislətini şair-publisist necə incəliklə vermişdi: İkinci Dünya Müharibəsi illərində Tovuzda bunların da evində acından ölən bir erməni ailəsi yerləşdirilir. Bir gün məhlədə cavanlar güləşərkən bunların evindəki  erməni dığası o biri küçədən olan azərbaycanlı güləşçinin dabanını qıdıqlayırmış ki, rəqibi üstünlük qazansın... Yaxud sorağı hətta Azərbaycan KP MK-nın plenumunda birinci katibin məruzəsinə düşənKöklər, qaynaqlarrubrikasının materiallarını, ABŞ prezidentinin məruzələrini bir erməni jurnalistin yazması barədə jurnalist-alim Akif Rüstəmovun məqaləsini çapa, istisnasız olaraq, mən imzalamışamredaktorlar ya bilə-bilə məsuliyyətdən yayındıqlarına görə, ya da  mənə etibar elədiklərinə görə... “Gənclər Hidayət ElvüsalınOdla su arasındayazısına redaktor rəsmi qaydadaYox!” – demişdi, yazı  mənim vizamla dərc olunandan sonra redaksiyaya 11 mindən çox (!!!) məktub gəlmişdi. Unudulmaz Adil QaçayoğlununDilemmayazısını da mən yazdırıb mən çap etmişdim o rəhmətlik ömrünün son gününəcən həmin yazıyla haqlı olaraq fəxr edirdi.

Bu yazıların, müəlliflərin hamısı qəzetə, bütövlükdə jurnalistikaya yeni nəfəs gətirirdi məncə, bu işdə mənim hətta müəlliflərin unutduğu, vecinə almadığı əməyim olub. Başqa, zahirən daha xırda əməllərim olub. Məsələn, Azərbaycan mətbuatındaİstambulsözünüKommunistİstanbulkimi, “Hikmet ÇetiniHəyatqəzetindəHikmət Çətinkimi, “AzərTAC”-ıSəhərqəzetindəAzərTAckimi ilk dəfə mən işlətmiş, həmin sözlərin indiki variantda həyat vəsiqəsi qazanmasına nail olmuşam.

Bunlar bədahətən yadıma düşənlərdir, digərləri olub ki, onları balıq bilməsə xaliq bilir...

(Davam edəcək)

Tofiq ABDİN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.