525.Az

“Səni sevmək təhlükəli...”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

PƏRVİNin təqdimatında


[02.12.13]
“Səni sevmək təhlükəli...”- <b style="color:red">YÜZ GÖZƏL SEVGİ ŞEİRİ</b>

Qarşılıqlı sevgi Allahın lütvüdü, qismətdi... Şansdı, bəxtdi bəlkə ... Əlbəttə, sadəcə birtərəfli, platonik, təmənnasız, qarşılıqsız sevgi güclü hissdi, xarüqələr yarada biləcək duyğudu. Amma...

...Tanrı  insanlara istedad, gözəllik, güc, ağıl əta etdiyi kimi sevgini əta edir. Bu, hər kəsin bəxtinə düşmür... Sevmək bacarığına, istedadına malik olmaq öz-özlüyündə səadətdi... Amma həm sevilmək ikiqat böyük xoşbəxtlikdi! Dəlicəsinə sevdiyin, hər an arzuladığın, xəyalı, sözü, fikri ilə yaşadığın insanın sənə eyni hisslər bəsləməsini bilməkdən, duymaqdan gözəl ola bilər axı?  Bəlkə əslində, bunlar hamısı şablon kimi səslənir, lakin bir müdrikin dediyi kimibəzi sözlər həqiqət olduğu üçün şablona çevrilir. Həqiqət isə budur ki, qarşılıqlı sevgi insanın ən yaxşı cəhətlərini üzə çıxarır, xırda hisslər, adiliklər arınıb gedir, böyük bir duyğu bütün varlığına hakim kəsilir, dünyaya, elə özünə sevdiyinin gözüylə baxırsan bəlkə hər şey olduğundan daha yaxşı görünür... Məhəbbətin insanı güclü etməsinin bir səbəbi   budu. Hər şeyi yaxşı gördüyün üçün güclü olursan... Dünyanın soyuğu, ağrısı, xəstəliyi, dərd-səri yan keçir səndən elə bil... Onun üçün ən balaca bir təhlükədən, “zəlzələtəkanlarından təlaşlanırsan. Qorxursan itirməkdən... Çünki bundan sonra başqa cür yaşamağı ağlına belə gətirmirsən... Tanrının milyondan bir adama bağışladığı səadəti sənə nəsib etməsinin fərqindəsən! Buna görə durmadan şükür edirsən ona. Qəribə birmexanizmyaranır həyatında. Qoruma mexanizmi... Özünü tərbiyələndirirsən, eşqinə ziyan edəcək, sevgilinə acıq gələcək vərdişlərini, xasiyyətlərini tərgitməyə çalışırsan, paxıllardan gizlənir, qeybətcillərdən qaçırsan. Keçmişdəki səhvləri düzəldə bilməsən , ən azı unutmağa, gələcəkdə edə biləcəklərinin qarşısını almağa cəhd göstərirsən... Belə-belə paklaşırsan, saflaşırsan, durulursan! Allaha yaxınlaşırsan elə bil... Bilirsən axı, dəqiq bilirsən ki, bir olmayacaq... belə hiss, bu cür sevmək, sevilmək! Amma bütün ruhunu sarmış, beyninə, düşüncələrinə hakim kəsilmiş hissin təhlükəli deyilmi?!

Vaqif Bayatlı OdərinBəlkə ancaq Allah sevər sən sevəntəkşeirində belə qarşılıqlı, amma həm təhlükəli, itirildikdə özü ilə bütün sevinci, dadı aparacaq, dünyanın mənasına çevrilmiş sevgidən bəhs olunur.

Əslində, Vaqif Bayatlının qadını ilahiləşdirdiyi, Allah səviyyəsinə qaldırdığı tək şeiri deyil bu... Şair üçün Qadın: “bütün dünya günahlarını dinləyəndi, Allah kimi bağışlayandı!” Ondan ötrü İnsan: kainat kimi yupyumrudu, yeriyəndə yerə dəymir ayaqları, sevəndə göy üzündən enmir... Quş kimi azaddı... Daş təki ağırdı! Zaman məkan anlayışı yox dərəcəsindədi... Min il sevər, bir gün ... Real, dünən küçədə gördüyü qadına da şeir yaza bilər, heç tanımadığı, hələ dünyaya gəlməmiş bəlkə heç vaxt gəlməyəcək xəyali varlığa da... Məhz bunlardı Vaqif Bayatlı lirikasının fərqli cəhətləri. Amma nədənsə bu şeirdəki Qadın çox real görünür mənə. Özünəməxsus xarakterli, bir az qəliz, bir az qeyri-adi xanıma vurulan, amma həm   o Qadın tərəfindən sevilən bu sevgiylə yaşayan bir aşiqin duyğuları verilib bu misralarda... 

Vaqif Bayatlı poeziyasına xas sirr burda da özünü göstərir hadisəni, baş verdiyini qətiyyən anlamaq, tutmaq olmur. Bu şeir sadəcə şeir kimi yox, həm dua kimi, and kimi yazılıb, məncə.

Aşiq sevgilisinin gücünü, gözəlliyini bir qədər qəribə tərzdə ifadə edir... Heç deməyə-deməyə çox şey deyir, qadının necəliyini göstərir. “Səni sevən vətən bilməz...”, “Səni sevmək təhlükəli...” misraları sevmək istedadı, bacarığı olan xanımı gətirir göz önünə.

Allah tək sevə bilən, onun kimi bağışlayan, qoruyan, hifz edən, yaşadan Qadının bu qədər ilahiləşdirilməsi heç təəccüb doğurmur! qədər təhlükəli olsa da...           

Vaqif Bayatlı Odər:“...ancaq Allah sevər!”

Səni sevən ölüm kimi
Səni candan ata bilməz
Səni sevən vətən bilməz,
Ana bilməz, ata bilməz.

Səni
sevmək təhlükəli,
Səni sevib, sevib təkcə,
Yaşamaq da mümkün deyil
Səni sevib ölmədikcə.

Bəlkə bir gün, bəlkə min il,
Sevgiyə azadlıq gərək,
Heç Allah da azad deyil
Sən azad olduğuntək.

İnsan sevməz min illərcə,
İnsan bu gün, sabah sevər,
Sən istəyən, sən sevəntək
Bəlkə ancaq Allah sevər!

PƏRVİN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.