525.Az

Qənbər Şəmşiroğlunun çoxcildliyi təqdim olunub

[20.11.19]
Qənbər Şəmşiroğlunun çoxcildliyi təqdim olunub<b style="color:red"></b>

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildli kitablarının təqdimat mərasimi keçirilib.

Təqdimatda tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, ixtimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə təbrik edib.
 
Daha sonra çıxış edən akademiklər Nizami Cəfərov, Muxtar İmanov, professorlar Qəzənfər Paşayev, Şahlar Əsgərov, Şirindil Alışanlı, şair Adil Cəmil və başqaları Qənbər Şəmşiroğlunun yaradıcılığından bəhs ediblər, onu çağdaş ədəbiyyatımızda həm poeziya, həm nəsr sahəsində nüfuzlu qələm sahibi kimi dəyərləndiriblər.

Natiqlər qeyd ediblər ki, Qənbər Şəmşiroğlu eyni zamanda publisistika ilə də ciddi şəkildə məşğuldur və müasir publisistikamızın ən maraqlı, ən oxunaqlı örnəklərini yaradanlardan biridir. Mərasimdə eyni zamanda Kəlbəcər məktəblilərinin ifasında görkəmli el sənətkarının şeirləri də səsləndirilib.

Sonda çıxış edən Qənbər Şəmşiroğlu mərasim iştirakçılarına öz təşəkkürünü bildirib, eyni zamanda onlara ağsaqqal tövsiyələrini çatdırıb.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.