525.Az

"Temrin" dərgisinin xüsusi sayı Anara həsr olunub

[20.11.19]
"Temrin" dərgisinin xüsusi sayı Anara həsr olunub<b style="color:red"></b>

Bu günlərdə Türkiyənin "Temrin" ədəbi-bədii dərgisinin yeni - 98-ci sayı işıq üzü görüb. Dərginin bu xüsusi sayı Azərbaycanın Xalq yazıçısı Anara həsr olunub.

İlk yazı "Ədəbiyyat" qəzetinin baş redaktoru, ədəbiyyatşünas Azər Turana aiddir. O, "Anarın yaşama haqqı"ndan danışıb.

Növbəti səhifələrdə oxucular Elçinin "İllərdir tanıdığım Anar", Rahid Uluselin "Azərbaycan mədəniyyətinin Anarı", Nizami Cəfərovun "Səksəndən doxsana gedərkən", Səlim Babullaoğlunun "Anar 20-ci yüzildə xalqımızın yetişdirdiyi böyük azərbaycanlılardan biridir", Ömər Kiçikmehmetoğlunun "Anarla necə tanış oldum", Rəşad Məcidin "Anar fenomeni: hər zaman xeyirxah və güclü", İlqar Fəhminin "Anar xarakteri", Ramiz Rövşənin "Adıyla yaşıd yazıçı", Pərvinin "Sənətə həsr olunan səksən il", Fikrət Qocanın "Dostum, səksən ili tamamlayırsan", Əyyub Qiyasın "Digər tərəfdə kimlər görünür", Sabir Rüstəmxanlının "Anarın qalibiyyəti", Niyazi Mehdinin "Anarı düşünmək", Tehran Əlişanoğlunun "Anar" məqalələrini oxuyacaqlar.

Bunlardan əlavə, üç müsahibə də var ki, Anar yaradıcılığı, şəxsiyyəti haqqında insanlarda geniş təsəvvür yaradacaq. Onlardan biri "Mədəniyyət" qəzetinin yazıçı Anarla olan müsahibəsidir. Digər ikisi isə Sərdar Aminin Xalq yazıçısı Kamal Abdulla və Xalq artisti Ramiz Həsənoğluyla Anar haqqındakı söhbətləridir.

Xalq yazıçısı Anarın yaradıcılığından isə dərgiyə iki nümunə daxil edilib: "Yağmurlu gecə" və "Səadətin açarı".

Bütün nümunələri Türkiyə türkcəsinə Ömər Kiçikmehmetoğlu tərcümə edib.

Şahanə Müşfiq


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.