525.Az

Sabahın hava proqnozu

[09.11.19]
Sabahın hava proqnozu<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da havanın dyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub  küləyi əsəcək.

Havanın temperaturu  gecə 12-15° isti, gündüz  18-21° isti , Bakıda gecə 13-15° isti, gündüz  19-21°  isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman. Qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz  14-19° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.