525.Az

Bakı metrosunda diferensial ödəniş sistemi tətbiq oluna bilər

[08.11.19]
Bakı metrosunda diferensial ödəniş sistemi tətbiq oluna bilər<b style="color:red"></b>

Gələcəkdə, Bakı metrosunda nəzərdə tutulan 76 stansiyasının tikintisi başa çatdırandan sonra diferensial ödəniş sistemi tətbiq oluna bilər.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onunu sözlərinə görə, bu gün isə Bakı metrosu o qədər də uzun mənzilli metropoliten deyil ki, orada bu sistem tətbiq olunsun.

“Bu gün bu, əhəmiyyətsizdir, çünki sərnişinlərin əksəriyyəti eyni məsafəni gedir”, - deyə Ə. Osmanov qeyd edib.

QSC-nin baş mühəndisi metroda gediş haqqının dəyişməsinə dair fikir bildirərək qeyd edib ki, yaxın vaxtlarda gediş haqqının artırılması gözlənilmir:

“Bakı metropoliteni MDB ölkələri daxilində, dünya metropolitenləri daxilində gediş haqqına görə ən ucuz metropolitendir. Bu gün təyin olunan 0,30 manat gediş haqqı bir sərnişinə çəkilən xərcin 60%-ni təşkil edir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.