525.Az

"Türkologiya" jurnalının bu il üçün ilk sayı işıq üzü görüb

[21.04.19]
"Türkologiya" jurnalının bu il üçün ilk sayı işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının 1-ci sayı (2019) çapdan çıxıb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, "Türkologiya" jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərindəAzərbaycan, Türkiyə, Rusiya (Başqırdıstan), Macarıstan və Özbəkistan alimlərinin türkologiyanın müxtəlif sahələrinə aid məqalələri dərc olunub.

O, həmçinin, qeyd edib ki, jurnalın bu sayında "İmadəddin Nəsimi-650","Klassik irs-Portretlər", "Dilçilik", "Ədəbiyyat və folklor","Mifologiya", "Mədəniyyət və incəsənət", "Müzakirə və diskussiya" rubrikalarında İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş dəyərli bir araşdırma, dövlət məclisi və qurultaya, Türkiyə türkcəsi və Azərbaycan dilinin qarşılıqlı anlama aspektindən leksik müqayisəsinə, Azərbaycan dilinin milli korpusunun yaradılmasına, "Vərqa və Gülşa" məsnəvisinin yeni nüsxəsinə, başqırd mifologiyasına, Macarıstandakı türk mətbəxinə və M.T.Zehtabinin "İran türklərinin əski tarixi" kitabında Azərbaycan məsələsinə dair orijinal elmi-nəzəri məqalələr dərc olunub. "Resenziyalar" və "Personalia" rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılara yer verilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.