525.Az

Paşinyan özünü sülh tərəfdarı kimi göstərməyə çalışır

[09.11.18]
Paşinyan özünü sülh tərəfdarı kimi göstərməyə çalışır<b style="color:red"></b>

“Bu müharibədə iştirak etmədiyim üçün utanıram... Sülh naminə torpaqların bir hissəsini qaytarmağa hazırıq”.

Bir-birinə zidd olan bu cümlələr hazırda Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın bu il çap olunmuş “Yerin tərs üzü” adlı avtobioqrafik romanında Dağlıq Qarabağ münaqişəsi barədə qeydlərindəndir.

Erməni mətbuatında həmin kitabdan təqdim olunan hissədə N.Paşinyanın ailəsi ilə bərabər Azərbaycanın işğal edilmiş Ağdam rayonuna qanunsuz səfər təəssüratlarından bəhs olunur: “Mən Ağdamı xatırladım. Uşaqlarım məhv edilmiş evlər arasında qaçırdılar, mən və arvadım bir təpədə durduq, şərqə baxırdıq... Burada erməni qanunları qüvvədədir. Bu müharibədə iştirak etmədiyim üçün utanıram. Həyat yoldaşım və mən eyni şeyi düşünürük, amma bunu yüksək səslə söyləməyə cəsarət etmədim”. Sonda o, daha cəsarətli çıxdı və dedi: “Bu torpaqları necə Azərbaycana qaytarmaq olar?”

Daha sonra N.Paşinyan qeyd edib: “Qəzetimizdə sərt xətt tərəfdarlarını tənqid edirik, şənbə və bazar günləri deyirik ki, düşmənə bir qarış da torpaq vermək olmaz. Bu nədir? Yalandır? Yəqin ki, ürək və ağılın qarşıdurmasıdır. Ürək istəyir ki, bu ərazilər onun olsun... Ağıl isə deyir ki, bir hissə torpaq üzündən bütünlüyü təhlükə altına almaq olmaz”.

Özünü sülh tərəfdarı kimi göstərməyə çalışan N.Paşinyan daha sonra bildirib ki, sülh naminə torpaqların bir hissəsini guya geri qaytarmağa hazırdırlar: “Ən azı bəyan etmək lazımdır, yüksək səslə bildirmək lazımdır ki, bu sahələrə ehtiyacımız yoxdur. Bu torpaqları sülh üçün geri qaytarmağa hazırıq”.

C.ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.