525.Az

Gənc xoreoqrafların diplom tamaşası

[06.06.18]
Gənc xoreoqrafların diplom tamaşası <b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) orta ixtisas (kollec) tələbələrinin buraxılış kurs tamaşası təqdim olunub.

Dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının motivləri əsasında hazırlanmış "Xoşbəxt evliliyin qaydaları" səhnə əsərində BXA-nın orta, orta ixtisas, bakalavriat və magistratura pillələrinin şagird və tələbələri çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri, xarici korpusların diplomatik nümayəndələri, ölkənin məşhur mədəniyyət xadimləri, dövlət və ictimai təşkilatların rəhbərləri, ölkənin tanınmış simaları, eləcə də Bakı Xoreqrafiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

Sözügedən səhnə əsərinin quruluşçu xoreoqrafı Xalq artisti Yusif Qasımov, rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Səhnə əsərinin maraqlı və zəngin dekorasiyası, iştirakçıların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.

Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən konsert şanlı tariximizi özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.            

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.