525.Az

Türkiyə daha 9 şəhid verdi

[03.09.12]
Türkiyə daha 9 şəhid verdi

Türkiyənin Şanlıurfa şəhərində PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib.

Hadisə Viranşəhər rayonunda polisin nəzarət əməliyyatı keçirməsi zamanı baş verib. Yoldan ötən şübhəli maşınlardan biri polis əməkdaşlarının dayan əmrinə tabe olmayıb və maşında olan terrorçular polislərə atəş açmağa başlayıb.

Rəsmilərin verdiyi məlumata görə, atışma zamanı 3 nəfər polis və 1 nəfər mülki vətəndaş yaralanıb. Yaralı polislərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Polis qarşıdurma zamanı terrorçulardan birinin öldürüldüyünü, 2 terrorçunun isə sağ ələ keçirildiyi bildiriblər.

Şırnaq şəhərində isə terrorçular hərbi bazalara hücum ediblər. Rəsmilərin verdiyi məlumata görə, qarşıdurmalar zamanı 20 terrorçu öldürülüb. 9 türk əsgəri isə atışmalar zamanı şəhid olub. Həmçinin, 8 əsgərin yaralandığı bildirilir.

ANS PRESS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.