525.Az

Tacikistanın Azərbaycandakı səfiri vəfat etdi

[03.09.12]
Tacikistanın Azərbaycandakı səfiri vəfat etdi

Tacikistanın Azərbaycandakı səfiri vəfat edib.

ANS PRESS-in Tacikistanın "Avesta.tj" saytına istinadla verdiyi məlumata görə, Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib. Bu barədə onun qohumları məlumat veriblər.

Xatırladaq ki, bir müddət öncə səfir insult keçirərək, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilmişdi. Onun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək.

Z.Vazirov 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olub. 2008-ci ildən Azərbaycanda səfir vəzifəsini icra edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.