525.Az

Mənəvi-əxlaqi dəyərlər

CƏMİYYƏTİN APARICI SÜTUNLARINDANDIR


[13.10.17]
Mənəvi-əxlaqi dəyərlər<b style="color:red"></b>

Mənəvi dəyərlərin qorunub saxlanılması və bir nəsildən digərinə ötürülməsi təkcə cəmiyyətin deyil, həmçinin, hakimiyyətin himayəsinə ehtiyac duyan vacib məsələlərdən biridir.
 
İndi söhbət açacağım mövzu bugünlərdə ölkə prezidentinin imzaladığı fərman əsasında yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun qarşısına qoyulan vəzifələrlə üst-üstə düşür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis olunacaq bu Fond ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi daşıyır. Kimsəyə sirr deyil ki, bizim dəyərlərimiz daha çox mühafizəkar məzmunlu cəmiyyət tələb edir. Mənəviyyat sabitliyə ehtiyacı olan sosial tələbatdır. Mənəvi dəyərlər millətin mentalitetini formalaşdıran amillər toplusu olduğuna görə xarici təsirlərdən qorunmalıdır. Bu, danılmaz bir faktdır. Hər şey mənəviyyatla bağlıdır, desək, heç də yanılmarıq. Buna görə də mənəvi dəyərlər xarici təsirə məruz qalan ictimai strukturlar siyahısındadır. İki həftə əvvəl cinsi azlıq nümayəndələrinin saxlanılması ilə nəticələnən Bakının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən reydlərin məqsədi də milli-mənəvi dəyərlərin qorunmasına yönəldilmiş tədbirlərdən biri kimi qiymətləndirilir. Saxlanılan şəxslərin məcburi müayinəsi zamanı cinsi azlıq nümayəndələrinin, demək olar ki, böyük hissəsinin cinsi dəri-zöhrəvi xəstəliklərə, o cümlədən, QİÇS-ə yoluxduqları məlum olub. Virus daşıyıcıları məcburi müalicəyə cəlb ediliblər. Bu ölkəmizin daxili işidir və hüquq-mühafizə orqanlarının vəzifə borcudur.

Bəli, bu, oğurluğa, soyğunçuluğa, dələduzluğa,  əxlaqsızlığa və əlbəttə ki, öz dilləri ilə desək, "bir tikə çörək" qarşılığında ictimai yerlərdə hər kəsin gözü qarşısında bədənini satışa çıxaranlara qarşı mübarizə aparan polis əməkdaşlarının hər gün həyata keçirdikləri işdir. Hamıya məlumdur ki, müxtəlif qanun pozuntularına qarşı mübarizə aparmaq polisin əsas vəzifəsidir. Amma nədənsə paytaxtımızda baş verənlər Avropanın özünün belə "axırına çıxmış", onu uçuruma sürükləyən  yeni dəyərləri, az qala, etalon olaraq qəbul edən Qərbin əlinin altında "fırlanan" daxili radikallarımızı da yaman qıcıqlandırıb. Onlar hətta sosial şəbəkələr vasitəsilə cinsi azlıqların müdafiəsinə də qalxmağa utanmırlar. Nəticədə homoseksual və transgenderlərin seksual oriyentasiyaları gündəmə gəlir, ictimai mövzuya çevrilir, siyasiləşdirilir və hətta son günlər bundan ürəklənən qarşı tərəf həyasızcasına əlavə hüquqlar tələb etməyə başlayıblar. Hansı hüquqlar? Gey-parad, flaşmob, gey aksiyaları keçirmək kimi hüquqlar... Qərb aləmi isə bütün dinlərdə lənətlənən, dünyaya QIÇS kimi dəhşətli xəstəlik bəxş edən, uzun əsrlər boyu xalqımızın təsəvvüründə formalaşmış kişilik kultununun məhvinə yönələn, nəsilartırma qabiliyyəti üçün ciddi təhdid olan, insan genotipini zədələyən, əxlaqi dəyərlərə öldürücü zərbə vuran homoseksualların "hüquq"larını pozmaqda ittiham edir.

Niyə təəccüblənirik ki?! Homoseksual olduğunu açıq-aşkar etiraf edən birini ordunun başına gətirən, əsgərlərə cinsi azlıq olduqlarını  açıq şəkildə etiraf etməyə icazə verən super dövlətlər var.  Cinsi azlıq hesab olunanlar  tərəfindən idarə olunan bir sıra Avropa ölkələri dünya üçün ciddi siqnaldır. 2016-cı il İdaho Forumu zamanı "Avropa Müsəlman Homoseksual Şəbəkəsi"nə dəstəyini açıqlayan və Hollandiyanın iki il bu layihəyə sponsorluq edəcəyini bildirən Niderlandın təhsil və mədəniyyət naziri də onların sırasındadır. Dünya homoseksual klanı öz yaxınlarını müdafiə edir, maliyyələşdirir, həm də günün qəhrəmanına çevirir. Bu təbliğata külli miqdarda pullar xərclənir. Söhbət milyardlarla dollarlardan gedir. Təsadüfi deyil ki, cinsi azlıqlara qarşı yönəlmiş kiçicik bir addım Qərb dövlətləri tərəfindən dərhal etirazla qarşılanır.

Məqsəd isə aydındır - mənəvi-əxlaqi normaların olmadığı yeni cəmiyyət qurmaq. Əslində, homoseksualizmin yayılması sosial partlayışın, ictimai zəlzələnin gəlişindən xəbər verir. Bu proseslər artıq başlamış və öz inkişaf dövrünü yaşayır. Təkcə bir statistikanı xatırlatmaq istəyirəm:  bu gün 90 min uşaq homoseksual "cütlük" tərəfindən övladlığa götürülüb. Dünyanın taleyini sabah məhz belə uşaqlar həll edəcəklər. "Hər kəs azaddır, kim kimlə, necə və harada istəyirsə, yaşaya bilər" fikri ilə böyüyən həmin uşaqlar cəmiyyət üçün əsl təhlükə mənbəyidir. Homoseksualların böyütdüyü uşaqlar istər-istəməz psixoloji və fiziki problemlərlə qarşılaşacaq və bu vəziyyət problemli nəslin yetişməsinə səbəb olacaq. Onlar yeni mənəviyyatsız cəmiyyətin qurulmasında iştirak etmək üçün istifadə olunacaqlar. Mən əminliklə deyərdim ki, bir çox ölkələrdə qəbul edilmiş və valideynlərin hüquqlarını əllərindən almağa yönəlmiş qanunların qəbulu da bu məsələ ilə bağlıdır. Öz övladına "gözün üstə qaşın var" deyən yüzlərlə ata və ananın bircə anonim zənglə, qonşunun şifahi izahatı ilə valideyn hüququndan məhrum edilməsi məhz söhbət açdığımız mövzu ilə bağlıdır. Yoxsa harda görünüb ki, əli uşağın qulağına dəyən ataya "sən çəkil kənara, övladın uşaq evində, səndən təcrid olunmuş şəkildə böyüyəcək" hökmü verilsin. Bəs valideyn hüquqları doqquz aylıq hamiləlik dövründə ananın çəkdiyi əzab-əziyyətlər, keçirilmiş yuxusuz gecələr, bir tikə çörəyə görə qışın şaxtasında, günün istisində tər tökən atanın zəhməti?..

Bu gün bütün dünya, xüsusilə də İslam ölkələri əxlaqsızlığın təbliğatının əsas hədəfidir. Bu təbliğatın reallaşmasına 10, 100 milyonlarla dollar xərclənir. Homoseksuallıq barədə televiziya və internet vasitəsilə geniş şəkildə danışılır. İrəli sürdükləri prinsiplərini dəstəkləməyənləri isə bəşəriyyətin düşməni elan edir, onları təbliğ etdikləri seks biznesinin inkişafına mane olan qüvvələr adlandırırlar. İslamofobiya anlayışının ortaya çıxarılmasında məqsəd də elə homoseksuallığa qarşı etiraz səsini ucaldanları şantaj etməkdir. Çox iyrənc və məkrli plandır. Ən çox təəssüf doğuran məqam isə Peyğəmbərimizin nəsihətlərini unutmuş bəzi müsəlman qardaşlarımızın bir qrupunun da bu fitnəyə uyaraq, cinsi azlıqların sıxışdırılmasına geridəqalmışlıq, anaxronizm kimi baxmalarıdır. Avropalıların "xor dəstəsi"nə qoşulanlar utanmadan bəyan edirlər ki, bütün "demokratik" qüvvələr eynicinsli nikahları, transvestitlərlə pedofillərin münasibətini dəstəkləməlidir.

Əks halda, yeni dəyərlər üzərində qurulmuş "müasir sivilizasiyalı" dünya bir araya gələrək ABŞ, Kanada, Meksika və Avropa İttifaqı dövlətlərinin daxil olduğu "beynəlxalq homomafioz təşkilatlar" onları ən sərt şəkildə cəzalandıracaq. Ciddi sözümdür. Məsələn, ABŞ-da artıq dünyaya gəlmiş uşağı "oğlan" və "qız" adlandırmaq qanunla qadağan edilib. Əvəzində "valideyn A" və "valideyn B" anlayışları meydana gəlib. Sizcə, bu qadağanı qanun formasına salanlar homoseksuallığın gələcək üçün nə qədər təhlükəli olduğunu dərk etmirlər? Hər şeydən əvvəl ənənəvi ailə modelinin dağıdıldığını, anormal ailələrin sayının artığını başa düşmürlər? Homoseksualizmin təkamül nöqteyi-nəzərindən nəsilartırma qabiliyyətinin qarşısının süni şəkildə aldığını bilmirlər? Bu gün tibb aləminə məlum olan QİÇS kimi əksər ağır xəstəliklərin yayılmasında məhz homoseksualların risk qrupuna düşdüklərindən xəbərsizdirlər? Əlbəttə ki, yox. Şəxsən mən homoseksualizmi xəstəlik adlandıraraq, cinsi azlıqlara haqq qazandırmağa çalışan avropalı "dost"lara üzümü tutub deyirəm: "intim həzz almaq üçün qeyri-təbii yolları seçənlər xəstə yox, anormal insanlardır. Bunu təbliğ edənlər isə bəşəriyyətin düşmənləridir". Bunu üç səmavi kitabın üçü də təsdiqləyir. Cinsi əlaqənin yalnız bir kişi və bir qadın arasında olması haqqında Quran ayələrində belə buyurulur: "Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız. (Şüəra surəsi, 165-166)".

Yəhudilikdə homoseksuallıq Tövrat dövrünə qədər gedib çıxır və "Təqvin ilə Levililər" kitablarında bu barədə bəhs edilir. "Levililər" kitabında kişinin kişi ilə cinsi əlaqəyə girməsi qadağan edilmiş və bu hərəkətin diksindirici olduğu qeyd olunmuşdur. Kişilərin homoseksual davranışlarının cəzası yəhudi qanunlarına görə edamdır: "Bir kişi başqa bir kişi ilə cinsi əlaqə qurarsa, ikisi də iyrənclik etmiş olur. Mütləq öldürülməlidirlər. Ölümə layiqdirlər" (Levililər, 20:1).

 Və nəhayət eynicinslilərin münasibətini təbliğ edən Qərb aləminin itaət etdiyi xristianlıqda homoseksuallıq Tanrını inkar etməklə Ona itaətsizliyin nəticəsi kimi görülür və onların ən dəhşətli qəzalara layiq olduqları açıq şəkildə dilə gətirilir: "... Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq"; "Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək. Sizi həlak olanadək qovub yaxalayacaqlar, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz" (Müqəddəs kitab, Qanunun təkrarı).

Yaradanın bu xəbərdarlığında qeyd olunan dəhşətləri artıq illərdir ki,  bir çox ölkələrdə baş verənlərin timsalında canlı şəkildə müşahidə edirik. Kapital qullarına və seksual müxtəliflik carçısına çevrilmiş "demokratiya" tərəfdarları dinin, ələlxüsus da İslamın heç bir buyruğuna məhəl qoymurlar. Nəhəng dövlətlərin siyasət adamları senat, konqres, parlament zallarında, özünü "qərəzsiz", "vicdanlı" xəbər carçısı hesab edən bəzi jurnalistlər kütləvi informasiya vasitələrində cinsi azlıqların hüquqlarının müdafiəsi ilə, bankirlərin əksəriyyəti isə onları maliyyələşdirməklə məşğul olurlar. Homoseksual ulduzların televiziyalarda, şou-biznesdə təqdim olunan dəbdəbəli həyat tərzləri, ailə və ya cəmiyyət qarşısında heç bir məsuliyyət daşımayan yaşayışları yeni həyat modeli kimi qəbul olunur. Qərb iqtisadiyyatının ən güclü sütununa çevrilmiş porno və seks biznesi bütün dünyaya, az qala, norma kimi qəbul etdirilir.

Son illərdə homoseksuallığı bir dəyər kimi cəmiyyətimizə sırımaq istəyənlər fəallaşıblar. Narkomaniya, alkoqolizm azmış kimi, indi də fahişəlik, cinsi istismar həyat norması kimi təqdim olunmağa başlanıb. Bir vaxtlar ailə dəyərlərinin çox ciddi şəkildə qorunduğu, həyat yoldaşına xəyanət edənlərin katolik qayda-qanunlar ilə cəzalandırıldığı xristian ölkələri indi bütün xalqları və dövlətləri israrla, təhdidlərlə eynicinsli nikahları dəstəkləməyə çağırır. Belə olmasaydı, Avropa İttifaqına üzvlük üçün cinsi azlıqlara hörmət əsas şərtlərdən biri kimi tələb olunmazdı. Gündən-günə "maviləşən" Avropada artıq siyasətçilər də daxil olmaqla cəmiyyətin bütün təbəqələri arasında cinsi azlıq nümayəndələri ön sıralardadır. Bu gün Avropada boşanmaların sayı, donor valideyn övladları, homoseksuallıq ənənəvi ailə dəyərlərinin tənəzzülünün göstəricisidir. Genetik kod daşımayan nəsil artımı Avropa üçün yaxşı heç nə vəd etmir. Təsadüfi deyil ki, son illər Avropanın əksər ölkələrində demoqrafik artım müşahidə olunmur. Əhali artımı olsa belə, bu, miqrantların hesabınadır.

Eyni vəziyyət ABŞ-da da müşahidə olunmaqdadır. ABŞ-da il ərzində intihar edənlərin 50 faizi də məhz homoseksuallardır. ABŞ-ın Xəstəliyə Nəzarət və Qorunma mərkəzi son illərdə qeydə alınan QİÇS xəstələrinin 61 faizinin homoseksuallar olduğunu müəyyənləşdirib. Onlar digərləri ilə müqayisədə daha çox depressiyaya meylli və narkotikdən asılı olurlar. Həmçinin, homoseksual evliliklə qurulan ailələrdə uşaq təcavüzləri tez-tez rast gəlinən haldır. Amma təəssüflər olsun ki, Qərb öz daxilində mənəvi dəyərlərin böhranının qarşısını almaq əvəzinə, daha da ciddiləşdirir, bu problemin digər ölkə və cəmiyyətlərə ötürülməsini özünün vacib siyasi vəzifələrindən biri kimi dəyərləndirir. Belə olmasaydı, dünyada cinsi azlıqların təbliğinə, gender bərabərliyi adı altında ailələrin dağılmasına, eynicinslilərin nikahlarının artmasına yönəlmiş addımlarını bütün dünyaya sırımağa çalışmazdılar. Son bir neçə həftə ərzində paytaxtımızda keçirilən reydlər zamanı cinsi azlıqların saxlanılaraq, məcburi müayinəyə cəlb edilməsini hüquq pozuntusu kimi qələmə verənlər, bunu etirazla qarşılayanlar da elə Qərbin havadarlarıdır. ABŞ və Avropa "The New York Times" və "The Daily Telegraph" kimi kütləvi informasiya vasitələri ilə təbliğ etdiyi seks xidmətinin ölkəmizdə də iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsini istəyir. Öz bədənini satışa çıxaranları, guya bu yolla "çörək pulu" qazananları nəinki qınamır, əksinə onlara siyasi və maddi dəstək verir. Bu da bizim "ürəyigeniş" avropalı qardaşlarımız... Hansına toxunsaq, eynicinsdən olan qan qardaşı və ya qan bacısıdır. Biz isə demokratiyadan, Avropa dəyərlərindən, insan hüquq və azadlıqlarından xəbərsiz olan geridə qalmış müsəlmanlarıq, "Dünya vətəndaşı" adını qazana bilməyənlərik. Yadıma bir neçə il əvvəl gördüklərimdən təsirlənib görkəmli satirik şairimiz Mirzə Ələkbər Sabirə yazdığım qısa məktub düşdü. Baş verənləri nəql edərək, şairdən gözlərimiz önündə uçuruma yuvarlanan dünyanı necə xilas edə biləcəyimizi soruşdum: "Ey həmvətənlərinin acı taleyinə, çəkdikləri müsibətlərə, məmləkətin cəhalət və səfalət içində boğulmasına biganə qala bilməyən, bütün ömrünü haqsızlığa, cəhalətə, əxlaqsızlığa qarşı mübarizəyə həsr etmiş, böyük şair! Bəlkə də indi dediklərimdən ruhun inciyəcək. Amma nə qədər acı olsa da, bəzi həqiqətləri etiraf etməyi özümə borc bilirəm. Xəbərin olsun ki, savadlı, bilikli, əxlaqlı görmək istədiyin və son nəfəsinə kimi xoşbəxtliyi uğrunda  mübarizə apardığın gəncliyimizin böyük hissəsi indi daha "azad" düşüncəli və daha "cəsarətli" olub. Bir vaxtlar cəhalətin hökm sürdüyü cəmiyyətdə valideynləri övladlarını dünyəvi məktəblərdə təhsilə cəlb etməyə çalışan Sənin kimi ziyalılarla qətiyyən maraqlanmırlar. Düzünü desəm, buna heç lüzum da görmürlər. Çünki mənəvi-əxlaqi dəyərlərin olmadığı bir cəmiyyətdə yaşamaq onlar üçün daha rahat görünür. Amma bu yolun uçuruma apardığını anlamalıdırlar. Axı günün gündüz çağı hər kəsin gözü önündə bədənini satışa çıxaranların sayının artığı bir dövrdə Sənin nəsihətlərin kimə lazımdır? Bədən alveri biznesi, xüsusən Qərb ölkələrində ən çox gəlir gətirən və ən çox sərmaye qoyulan sahəyə çevrilib. Sem dayı və onun quyusuna su tökən dünya siyasətçiləri isə "gey"lərə daha çox azadlıq verilməsi uğrunda canla-başla ciddi işlər görür, parlamentlərdə asanlıqla qanunlar qəbul edilməsinə nail olurlar. İndi "gey geyi satmaz" prinsipi çox dəbdədir. Bəlkə Sən biləsən, adı "azsaylı" olub, əslində "çoxsaylı"ya çevrilən bu "kişicik"lərlə dolub-daşan cəmiyyətdə necə yaşayaq? Bəlkə başımızı götürüb qaçaq? Amma hara?!"

Lakin həyatın hər üzünü görmüş Sabir hələ də mənim bu ritorik sualıma cavab tapa bilmir, utandığından heç bir işarə də göstərmir. Allah sənə rəhmət eləsin, Sabir! Yaxşı ki, bu günümüzü görmədin. Kişilərin bir-birilə evləndiyi, dünyanın bir hissəsinin "kişicik"lər tərəfindən idarə olunduğu, saqqallı Konçita "xanım"ın Avropa səhnəsini "fəth" etdiyi, az qala, dünyanın yarısında "kişi" ilə "kişi"nin evlənməsinin normal hal kimi qəbul olunduğu, homoseksualizmin dünya elitası tərəfindən bütün mövcud təbliğat maşınları vasitəsi ilə beyinlərə yeridildiyi bir zəmanədə yaşasaydın, çox güman ki, o dövrün cəhalətinə, haqsızlıqlarına göz yumar, əllərini göyə açıb "Sənə min şükür, İlahi!" deyərdin. Yoxsa biz sənin üzünə necə baxardıq? "Kişi"nin "kişi" ilə əl-ələ tutub gəzdiyini, Konçittanın nə üçün saqqal saxladığını, iki "bəy"in niyə bir-birilə nikaha girdiyini Sənə necə izah edərdik? Bu mənada ikimizi də Allahın sevimli bəndəsi adlandıra bilərəm. Sən belə bir zəmanədə yaşamadığın üçün, mən isə Sənin çətin sualların qarşısında aciz qalmadığım üçün... Allah bizi daha böyük bəlalardan qorusun!

Rafiq ƏLİYEV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.