525.Az

Gündüz İsmayılov: "Bölgələrin hamısında mədrəsələr yaradılıb"

[13.10.17]
Gündüz İsmayılov: "Bölgələrin hamısında mədrəsələr yaradılıb"<b style="color:red"></b> "Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq bölgələrimizin hamısını əhatə etməklə, mədrəsələr formalaşdırılıb".
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib.
 
G. İsmayılov deyib ki, mədrəsələrlə bağlı hüquqi prosedurlar formalaşdırılıb: "Bütün mədrəsələrin təsisçisi qanunvericiliyə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsidir və mədrəsələr də artıq Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Mədrəsələrin fəaliyyətə başlamasına gəlincə, əvvəlki dövrlərdə olduğu kimi, üç mədrəsə - Şəki İslam Mədrəsəsi, Bakı Şəbnəm Qızlar Mədrəsəsi və Zaqatala Əlibadad İslam Mədrəsəsi fəaliyyətini davam etdirir. Digər mədrəsələrin fəaliyyətə başlaması istiqamətində hazırda Qafqaz Müsəlmanları İdarəsi ilə birlgə fəaliyyətimiz davam edir".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.